Venesuela prezidenti Nikolas Maduro ABŞ-ın Venesueladakı xüsusi nümayəndəsinin xarici işlər nazir Xorxe Arreaza ilə Nyu Yorkda gizli görüşdüklərini aşkara çıxardıqdan sonra onu Karakasa dəvət edib.
Venesuela lideri "Maduro ilə danışıqlar aparmağın zamanı keçdi"-yini deyən xüsusi nümayəndə Eliott Abramsla də görüşmək istədiyini Associated Press-ə bildirib.
Donald Tramp Venesuelanın işlərinə qarışmamaq qərarına gəlsə, Venesuela dirçələr, parlayar.Nikolas Maduro
Maduro deyir ki, müdaxilələr olmasa ölkəsi sınaqlardan üzüağ çıxar.
"Donald Tramp Venesuelanın işlərinə qarışmamaq qərarına gəlsə, Venesuela dirçələr, parlayar və siyasi dialoq yolu ilə vəziyyətə çıxış yolu tapar. Lakin Trampın infeksiyalı əli Venesuelaya zərər yetirir. Bu böhranı onlar yaradıblar və onun əhatəsində olan Con Bolton və Eliot Abrams kimi ekstremistlər onu çıxılmaz yola qoyublar. Mən buradan Trampa deyirəm - Venesueladan əlini çək və Venesuela yenidən inkişaf edəcək və biz müvəffəq olacağıq," Venesuela prezidenti Nikolas Maduro deyib.
ABŞ rəsmiləri Maduronun bu bəyanatına hələlik heç bir cavab verməyib.
Arreaza cümə axşamı Birləşmiş Ştatlar və digər ölkələrin qeyri-müdaxiləyə qarşı BMT Nizamnaməsini pozduğuna inanaraq, diplomatların koalisiyasını təşkil etdiyini söyləyib.
"Hamımızın güc tətbiq etmək təhlükəsi olmadan və qanunsuz, məcburi və birtərəfli tədbirlər olmadan yaşamaq haqqımız var," Venesuelanın xarici İşlər naziri Xorxe Arreaza deyib.
Maduro ABŞ-ın Venesuelaya göndərdiyi humanitar yardımın ölkəyə gəlməsinə icazə vermir. O ölkəsinin yardıma ehtiyacı olmadığını deyir və bunu ABŞ-ın qəsbkarlıq bəhanəsi adlandırır. Rusiya, Çin, İran, Şimali Koreya və Kuba Maduronu dəstəkləyənlər sırasındadır.