Accessibility links

Maduro ABŞ-ın sanksiyalarını pisləyib


Venesuela prezidenti Nikolas Maduro ABŞ-ın ölkəsinə qarşı şənbə günü güvvəyə minəcək ən sərt sanksiyaların əleyhinə olduğunu söyləyib.

ABŞ-ın Venesuelaya qarşı sanksiyalar tətbiq etməsindən iki gün sonra minlərlə insan Maduroya dəstək olaraq çərşənbə günü Karakasda yürüş keçirib.

Tramp rəhbərliyi ABŞ-ın bütün şirkətlərini və fərdlərini Maduro hökuməti ilə işləməyi qadağan edib.

"Mən Vətənpərvər Qütbünün (Maduro hökumətini dəstəkləyən partiyalar koalisiyası) və Amerikamızın Xalqlar birliyi Bolivar Alyansının (ALBA, Latın Amerikasında anti-ABŞ bloku) etiraz çağırışına qoşularaq, avqustun 10-da Donald Trampın sanksiyalarına qarşı çıxıram. Trampı istəmirik! Trampa yox! Venesuelaya qarşı talan və təcavüz yetər", Maduro deyib.

Birləşmiş Ştatlar müxalifət lideri Xuan Quaydonu Venesuelanın legitim prezidenti kimi tanıyan ilk ölkə olub.

Quaydo Milli Assambleyanın lideri kimi öz konstitusional hüquqlarından istifadə edərək, Madorunu qeyri-qanuni prezident elan edib.

Dünya boyu enerji qiymətlərinin düşməsi, korrupsiya və uğursuz sosialist siyasəti neftlə zəngin Venesuela iqtisadiyyatının dağılmasına və milyonlarla insanın ölkədən qaçmasına səbəb olub.

Guaidonun bu ilin əvvəlində Maduroya qarşı xalq üsyanı buxarının çox hissəsini itirmiş kimi görünür, lakin ABŞ hələ də Maduronun getdiyini görməyə qərarlıdır və hərbi hərəkətlərin hələ də masada olduğunu söyləyir.

Maduro erkən seçkiləri nəzərdən keçirməkdən imtina və hökumət əleyhinə etirazçılara qarşı şiddət tətbiq edib.

XS
SM
MD
LG