Accessibility links

Maduro yeni seçkilərə dair beynəlxalq çağırışları rədd edib


Venesuela prezidenti Nikolas Maduro yeni seçkilərin keçirilməsinə dair beynəlxalq çağırışları rədd edib.

CNN Türk-ə verdiyi müsahibəsi zamanı Maduro Avropa ölkələrinin ona ultimatum verə bilməyəcəyini qeyd edib.

Beynəlxalq ictimaiyyət 8 gün ərzində seçki keçirilməsi, əks təqdirdə 35 yaşlı müxalifət lideri Xuan Quaydonu prezident kimi tanıyacağını bildirir.

ABŞ dövlət katibi Mayk Pompeo beynəlxalq ictimaiyyəti Venesuela xalqını və prezident Nikolas Maduroya qarşı çıxan müxalifət lideri Xuan Quaydonun müvəqqətini hökümətini dəstəkləməyə çağırıb.

“İndi hər bir xalqın tərəf seçmək vaxtıdır” - deyə, Pompeo şənbə günü səhər BMT-nin Təhlükəsizlik Şurasının iclasında söyləyib. “Artıq gecikmə və oyunlar olmamalıdır. Siz ya azadlıq qüvvələrinin tərəfində olmalısınız, ya da Maduro və onun yaratdığı hərc-mərcliyin tərəfində”, o əlavə edib.

Venesuelada son prezident seçkisi 2018-ci ilin mayın 20-də keçirilib. Bir çox seçisi seçkini boykot edib və səsvermənin azad və ədalətli keçirilmədiyini bildirib. Bir neçə müxalifət üzvünün seçkidə iştirak etməsinin qarşısı alınıb. Həmin seçkidə Maduro səslərin 70 faizini alaraq qalib gəlib, lakin seçki nəticələ həm ölkə daxilində həm də xaricə sual altına qoyulub. O, yanvarın 10-da ikinci dəfə altı illik prezidentlik vəzifəsinin icrasına başlayıb.

Yanvarın 23-də müxalifətin nəzarət etdiyi demokratik yolla seçilən Milli Assambleya Maduronun hakimiyyətini qanunsuz elan edib. Milli Assambleyanın lideri Quaydo konstitusiya müddəalarını işə salaraq, yeni seçkilər keçirilənədək özünü müvəqqəti prezident elan edib.

Maduro Vaşinqtonu çevriliş təşviq etməkdə günahlandırıb və ABŞ diplomatlarına ölkəni tərk etmələrini söyləyib. Onun xarici işlər naziri Nyu-Yorkda Təhlükəsizlik Şurasının iclasında iştirak edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG