Accessibility links

Maduronun "sehrli formulası" Venesuelada caşqınlıq yaradıb [Video]


Maduronun "sehrli formulası" Venesuelada caşqınlıq yaradıb
please wait

No media source currently available

0:00 0:01:43 0:00

Hiperinflasiya, elektrik kəsilməsi və aclıq milyonlarla insanı bir vaxtlar Cənubi Amerikanın ən zəngin ölkəsindən qaçmağa vadar edəndən sonra Venesuela prezident Nikolas Maduro ölkəsini yenidən ayağa qaldırmaq üçün “sehrli formula” adlandırdığı yeni tədbirlər açıqlayıb. Mağaza sahibləri və adi vətəndaşlar isə buna skeptik yanaşır. Onlar vəziyyətin daha da pisləşəcəyindən narahatdır. Bundan əlavə isə çərşənbə axşamı ölkədə 7,2 bal gücündə zəlzələ baş verib.

Hazırda o çox pis iş görür. Bu tədbir, bu qərar əvvəliklərindən daha pisdir, çünki bunu həyata keçirmək mümkün deyil. Məncə o xəyallar dünyasında yaşayır.
Angel Alvarado

Venesuelada iqtisadi vəziyyət hər gün daha da pisləşdiyi, insanlar isə üzərində külli miqdarda pul əskinazları gəzdirməli olduğu bir vaxt, prezident Nikolas Maduro cümə günü 96 faizlik devalvasiya elan edib, minimum əmək haqqını isə 60 faiz artırıb və bu addımları “möhtəşəm iqtisadi inqilab” adlandırıb.

“İqtisadi bərpa proqramı ən hərtərəfli, düşünülmüş, araşdırılmış və Venesuelanın tarixi reallığına ən uyğun proqramdır. Bu tədbirlər bizim, venesuelaların əziyyət çəkdiyi, milli və beynəlxalq iqtisadi müharibə və ölkəmizin düşmənlərinin səbəb olduğu iqtisadi vəziyyəti tamamilə dəyişdirməyə yönəlib”, Maduro söyləyib.

İqtisadçılar Maduronun ifrat tədbirlərini qınayıb.

“Hazırda o çox pis iş görür. Bu tədbir, bu qərar əvvəliklərindən daha pisdir, çünki bunu həyata keçirmək mümkün deyil. Məncə o xəyallar dünyasında yaşayır” – deyə, iqtisadçı Angel Alvarado bildirib.

Mağaza sahibləri və sakinlər radikal dəyişikliklərə alışmağa çalışdığı bir vaxt şəhərlər normaldan daha səssizdir.

Venesuela
Venesuela

“Biz nə edəcəyimizi və ya hazırda valyutanın dəyərinin nə olduğunu bilmirik. Onlar petro və suveren bolivar haqda danışırlar. Biz tamamilə çaşqınlıq içərisindəyik”, Venesuela sakini söyləyib.

“Mən daha yoxsul olacam. Hər kəs yoxsullaşır”, bir digər Venesuela sakini söyləyib.

Venesuelada xərc-mərclik və ərzaq çatışmazlığı milyonlara insanı ölkədən qaçmağa vadar edir. Onların çoxu qonşu Braziliyaya üz tutur. Şənbə günü Braziliyanın sərhəd Pakaraima şəhərindəki ictimai gərginlik bir sıra zorakılıqlarla səbəb olub və nəticədə 1200 venesuelalı çarəsiz halda evlərinə, çətin şəraitə geri dönmək məcburiyyətində qalıb.

XS
SM
MD
LG