Accessibility links

Maduroya qarşı sui-qəsdlə əlaqədar altı nəfər həbs edilib


Venesuela rəsmiləri prezident Nikolas Maduroya qarşı edilən sui-qəsdlə əlaqəli olaraq “terrorçu və muzdlu killer” adlandırdıqları altı nəfəri həbs edib.

Şənbə hərbi parad zamanı həyata keçirilən hücumda partlayıcılarla dolu iki ədəd drondan istifadə edilib. Onlardan biri hədəfə çatmadan öncə havada partlayıb, digəri isə yaşayış binasına dəyib və daha sonra partlayıb.

Daxili işlər naziri Nestor Reverol deyir ki, Karakasda altı nəfərin həbsi ilə nəticələnən reyd zamanı “mühüm məlumatlar” ələ keçirilib. O, bununla bağlı ətraflı məlumat verməyib.

Televiziya görüntülərində partlayış zamanı Maduronun Venesuela iqtisadiyyatı ilə bağlı çıxış etdiyi göstərilir. Maduro və birinci xanım Silia Flores səmaya baxıb, xanım Flores əllərini sinəsinə qaldırıb.

Parad üçün cərgəyə düzülən əsgərlər isə qaçıb.

Daha sonra Maduronun çıxış etdiyi yerə yaxın binada daha bir partlayış baş verib. Binanın sakini Amerikanın Səsinin Venesuela xidmətinin müxbiri Adriana Nunezə bildirib ki, dron bina yaxınlığındakı avtomobil dayanacağına düşüb və partlayıb.

Partlayışdan bir neçə saat sonra Maduro televiziya vasitəsilə çıxış edərək, deyib ki, “hər şey qonşu Kolumbiyada sağçılara işarə edir”. Kolumbiya höküməti isə bu iddianın “əsassız” olduğunu deyir.

O əlavə edib ki, ilkin istintaq sui-qəsdi ABŞ-ın Florida ştatında yaşayan insanların maliyyələşdirdiyini göstərir.

“Ümid edirəm ki, prezident Donald Tramp bu terror qruplarına qarşı mübarizə aparmağa hazırdır”, deyərək, Maduro Birləşmiş Ştatları imperializm və Venesuelada vətəndaş müharibəsi başlatmağa cəhd etməkdə ittiham edib.

ABŞ-ın milli təhlükəsizlik naziri Con Bolton bazar günü FOX televiziyasında yayımlanan çıxışında deyib ki, “ABŞ höküməti hələ ki, bu məsələyə müdaxilə etmir”.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG