Rusiya rəsmiləri Dağıstanın paytaxtı Mahaçkalada iki ayrı-ayrı hücum zamanı azı altı polis zabitinin öldürüldüyünü bildirib. İlkin məlumatda deyilir ki, hücumlardan biri yaraqlı olduğundan şübhələnilən şəxsin polis işçisinin avtomobilini qaçıran zaman baş verib. Hadisədə azı üç polis zabiti və üç mülki vətəndaş yaralanıb. Yerli polis sözcüsü Associated Press xəbər agentliyinə deyib ki, polis yaraqlıların avtomobilini mühasirəyə alaraq atəş açdıqdan sonra yaraqlıların içində olduğu avtomobil alovlanıb və partlayıb. Dağıstan Rusiyanın Şimali Qafqazda qeyri-sabit regionlarından biridir. Əksəriyyəti müsəlmanlardan ibarət regionda 1990-cı ildə Rusiya hərbi qüvvələri separatçılarla iki müharibə aparıb. Regionda demək olar ki hər gün atışma və partlayışlar baş verir.
Polis yaraqlıların avtomobilini mühasirəyə alaraq atəş açdıqdan sonra yaraqlıların içində olduğu avtomobil alovlanıb və partlayıb