Accessibility links

Mahaçqala anti-ekstremizm polis departamentinin rəhbəri Qapal Qacıyevi qətlə yetirilib


3 gün öncə isə Şimali Osetiyada bazarda baş vermiş partlayış nəticəsində 18 nəfər həlak olmuşdu

Rusiya rəsmiləri deyir ki, əks-terrorizm əleyhinə mübarizə aparıan əsas zabitlərdən biri Dağıstanda qətlə yetirilib. Hüquq-mühafizəçilərinin məlumatına görə, naməlum silahlılar Dağıstan paytaxtı Mahaçqala anti-ekstremizm polis departamentinin rəhbəri Qapal Qacıyevi avtomobili ilə gedən zaman atəşə tutublar. Qeyd edək ki, bundan 3 gün öncə isə Şimali Osetiyada bazarda baş vermiş partlayış nəticəsində 18 nəfər həlak olmuşdu. Əhalisinin əksəriyyətini müsəlmanlar təşkil edən Dağıstanda atışmalar və partlayışlar demək olar ki hər gün baş verir. Rusiya rəsmilər hücumların çoxuna görə islamçı yaraqlıları günahkar bilir.

XS
SM
MD
LG