İran prezidenti Mahmud Əhmədinejad deyir ki, ölkənin nüvə proqramı ilə bağlı sanksiya təhdidləri İranı yalnız nüvə proqramını daha çox davam etdirməyə məcbur edir. Cənab Əhmədinejadın sözlərinə görə, İrana beynəlxalq təzyiq İslam Respublikasının inkişafının və əhalisinin motivasiyasının qarşısını ala bilməyəcək. O, bu açıqlamaları cənub şəhəri olan Sircanda çıxışı zamanı verib. ABŞ prezidenti Barak Obama BMT Təhlükəsizlik Şurasının üzvlərini nüvə fəaliyyətləri ilə bağlı İrana 4-cü paket sanksiyalar tətbiq etmək barədə razılığa gəlsinlər. Birləşmiş Ştatlar və müttəfiqləri İranın uranı nüvə silahı əldə etmək səviyyəsində zənginləşdirdiyindən şübhələnir. İslam Respublikası isə bu iddiaları rədd edir.
Mahmud Əhmədinejad yeni sanksiya təhdidlərinin İranın inkişafının qarşısını ala bilməyəcək
Prezident bu açıqlamaları cənub şəhəri olan Sircanda çıxışı zamanı verib