Accessibility links

Mahmud Məmməd-Quliyev: Avropa İttifaqı ilə viza rejiminin tamamilə ləğvi gələcəyin işidir Video


Mahmud Məmməd-Quliyev: Avropa İttifaqı ilə viza rejiminin tamamilə ləğvi gələcəyin işidir
please wait

No media source currently available

0:00 0:04:55 0:00

Xarici işlər nazirinin müavini Amerikanın Səsinin suallarını cavablandırıb

"Biz Avropa İttifaqı ilə viza məsələsində sadələşdirilmə mərhələsindəyik. Viza rejiminin tamamilə ləğvi isə gələcəyin işidir". Bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev Amerikanın Səsinin Azərbaycanın Avropa İttifaqı ilə vizasız rejimə keçidinin nə vaxt reallaşa biləcətyi ilə bağlı sualının cavabında deyib.

Nazir müavininin sözlərinə görə, ilk növbədə birinci saziş həyata keçirilməli, onun müsbət nəticələri əldə edilməlidir.

"Bəzən hər iki tərəfdən kiçik məsələlər ortaya çıxır. Biz bu məsələləri axıra çatdırsaq, tərəflər arasında fəaliyyət planı hazırlanmalı, bunun da məqsədi vizasız gediş-gəliş olmalıdır. Bunun nə zaman ola biləcəyini deyə bilmərəm. Bu, hər iki tərəfdən asılıdır. Azərbaycanda viza sadələşdirilməsi və readmissiya sazişləri üzrə nəzarət komitəsinin iclası olacaq. Ola bilsin ki, bu iclasda hansısa nailiyyət və ya irəliləyiş əldə olunsun", o qeyd edib

Nazir müavini deyib ki, sabah və o biri gün (iyunun 13 və 14-də) Bakıda Avropa İttifaqı ilə yeni saziş üzrə danışıqlar keçiriləcək.

“Danışıqlar iki istiqamət - birincisi, siyasi və təhlükəsizlik, ikincisi isə ticarət və investisiya məsələləri üzrə aparılacaq".

Onun deyib ki, ola bilsin, bu iyunun sonuna kimi hansısa istiqamət üzrə video-konfrans da keçirilsin və iyulun birinci yarısına qədər müzakirələr davam etdirilsin.

"Danışıqlar gedir. Bilirsiniz ki, bu o qədər də sadə proses deyil. Hər tərəfin öz mövqeyi var və çalışmaq lazımdır ki, bu mövqeləri hədəfə çatdıraq. Bəzi maddələr artıq razılaşdırılıb, bəziləri isə hələ qalır. İşlər təzə başlayıb. Çalışmalıyıq ki, danışıqlar daha səmərəli keçsin".

M. Məmmədquliyev hesab edir ki, danışıqları bu ilin noyabrında Brüsseldə keçiriləcək "Şərq tərəfdaşlığı" sammitinə qədər yekunlaşdırmaq mümkün olmayacaq.

"Çünki danışıqlar yeni başlayıb, sazişin əhəmiyyəti isə çox böyükdür. Onun hər bir maddəsi tərəflər üçün vacibdir. Ona görə inanmıram ki, noyabr ayına qədər danışıqları bitirək. Söhbət vaxtdan getmir. Biz istəyirik ki, əməkdaşlıq sənədinin keyfiyyəti yüksək olsun".

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG