Accessibility links

Məhəmməd Mahmudinin həbs cəzası cərimə ilə əvəzlənib


İran Azərbaycanının Təbriz şəhərində yaşayan güneyli fəal Məhəmməd Mahmudi ölkədə ərəb icmasının etirazlarına dəstək verdiyi üçün cərimələnib.

Məhəmməd Mahmudi öz şəxsi İnstagram hesabında ona qarşı verilən hökmün rəsmini paylaşıb.

Oktyabrın 11-də Təbriz Cinayət Məhkəməsinin 112-ci şöbəsi tərəfindən verilən bu hökmə görə, Məhəmməd Mahmudi 1 il həbs cəzası əvəzinə 6 milyon tümən və qamçı cəzası yerinə isə 1 milyon tümən cərimə ödəməyə məhkum edilib. O, "ictimai asayişi pozmaq" ittihamı ilə suçlanıb.

Məhmudi iyulun 24-də Təbrizdə İran hökumətinin təhlükəsizlik qüvvələri tərəfindən həbs edilərək iki gün nəzarət altında qaldıqdan sonra 30 milyon tümənlik girov qarşılığında məhkəmənin son qərarına qədər müvəqqəti olaraq sərbəst buraxılmışdı.

Milli fəal indiyə qədər dəfələrlə İran hökumətinin təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

İranın Xuzistan vilayətində su ehtiyatlarının yarıtmaz idarəçiliyi nəticəsində İranın sıx yaşadığı Xuzistan vilayətində ərəb icmasının günlərlə davam edən etiraz aksiyasına Təbrizdə dəstək mitinqi keçirilmişdi.

Keçən iyul ayında başda Təbriz olmaqla, İran Azərbaycanının digər şəhərlərində bir çox vətəndaş nəzarət altına alınmışdı. Bu vətəndaşlara qarşı irəli sürülən məhkəmə prosesləri hələ də davam edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG