Accessibility links

“Pasta Mançini”nin makaron məmulatları


“Pasta Mançini”nin makaron məmulatları
please wait

No media source currently available

0:00 0:02:12 0:00

Dünya boyu ölkələrdə makaronun müxtəlif versiyaları var. Almaniyada makarona spaetzli, Yunanıstanda orzo, Asiya ölkələrində buna əriştəli yeməklər deyilir. Latın Amerikasında spagetti və makarondan müxtəlif yeməklər hazırlanır. Amerikanın Səsi isə makarondan İtaliyada nələr hazırlandığını öyrənmək üçün Italiyanın Monte San Pietrangeli şəhərindəki “Pasta Mançini” şirkətində olub.

Tarladan fabrikə, oradan da mətbəxə. Bəzi aşpazlar üçün makaron hazırlamaq sənət əsəri kimidir.

Fermo vilayətində kiçik bir şirkət olan “Mançini” son on ildə böyüməyə başlayıb. Vaxtilə kiçik bir dükan sonradan şirkətə çevrilib və özünün makaron məmulatlarını dünya boyu ixrac etməyə başlayıb. "Pasta Mançini"nin sahibi Massimo Mançini: “Biz makaron istehsal edən ənənəvi texnika ilə müasir texnikanı birləşdirməyə çalışırıq.”

Buradakı makaronun xüsusiyyəti nədən ibarətdir? Şirkət öz taxılını yetişdirir və onun məhsulundan dünyanın ən tanınmış aşpazlarının istifadə etdiyini deyir. Aşpaz Miki D`Ancelo: “Çünki bu makaron məhsullarının keyfiyyəti çox yüksəkdir. Siz ondan müxtəlif reseptlər üçün istifadə edə bilərsiniz və o, heç vaxt keyfiyyətini itirmir.”

Massimo Mançini insanların adət etdiyi makaron məmulatlarının görünüşünü, hazırlanması yollarını dəyişmək istəyir. “Bir vaxtlar makaronu yalnız sousla yeyərdilər. Bu gün isə biz makaronun içərisində nə olduğunu bilmək istəyirik.”

Mançini deyir ki, bəzi müasir üsulla hazırlanan tel şəklindəki makaron məmulatları daha dadlı olur.

Eləcə də 44 dərəcə temperaturda, 42 saatdan çox qurudulan məmulatlar. Bunu əllə hazırlanan və 100 dərəcə temperaturda 2 saata qədər qurudulan makarondan fərqləndirmək olur. “Texniki baxımdan aşağı temperaturda qurudulan makaron sousu özünə daha yaxşı çəkir və daha yumşaq olur. Bunun dadı düzgün şəkildə və yüksək keyfiyyətli taxıldan hazırlanan makaronun dadından tamamilə fərqlidir” - deyə, Massimo Mançini bildirir.

Yemək üçün necə? İtaliyada dedikləri kimi, “Buon appetito!”

XS
SM
MD
LG