Accessibility links

Makedoniya NATO-ya üzv oldu


Şimali Atlantika alyansının (NATO) Brüsseldəki igamətgahında Makedoniyanın hərbi təşkilata qoşulması barədə protokol imzalanıb.

Makedoniya NATO-nun 30-cu üzvü olur. 29 daimi NATO ölkəsi alyans adından sənədə imza atıb. Makedoniya tərəfdən isə tədbirdə xarici işlər naziri Nikola Dimitrov iştirak edib.

Mərasimdən əvvəl NATO-nun baş katibi Cens Soltenberq alyans ölkələrindən müqaviləni tez ratifikasi edəcəklərinə inandığını və “NATO-nun qapılarının alyansın idealı olan demokratiyanı bölüşənlər üçün həmişə açıq” olacağını vurğulayıb.

Müqavilə hələlik ratifikasiya olunmayıb, lakin onun sözlərinə görə, Makedoniya alyansın tədbirlərində dəvət olunmuş tərəf kimi iştirak edə bilər.

Makedoniya artıq iki proqramda iştirak edir. O, 1995-ci ildən “Sülh naminə tərəfdaşlıq”, 1999-cu ildən isə NATO-ya üzvülyə hazırlıq proqramlarında iştirak edir. Makedoniya hərbçiləri NATO-nun Əfqanıstan və Kosovodakı əməliyyatlarına dəstək olub.

Qonşu ölkə ilə ad üstündə mübahisəsi olan Yunanıstan uzun müddət Makedoniyanın NATO-dakı üzvlüyünə mane olub. Yuqoslaviyanın dağılmasından sonra Makedoniya yarandığı gündən Yunanıstan ölkənin adını dəyişmək üçün israr edib. O, bu adda ölkənin yalnız biri və yalnız onun ərazisində mümkünlüyünü bildirib.

2018-ci ilin iyununda Makedoniya və Yunanıstan baş nazirləri Zoran Zoyev və Aleksis Tsipras tarixi müqaviləyə imza atıblar: Makedoniya adını dəyişərsə Yunanıstan onun NATO-ya və daha sonra Avropa İttifaqına qoşulmasına mane olmayacaq. Bu razılıq imzalanandan sonra NATO Makedoniyanı təşkilata qoşulmağa çağırıb.

2019-cu ilin yanvarında Makedoniya parlamenti rəsmi olaraq ölkənin adının Şimali Makedoniyaya dəyişdirilməsini təsdiqləyib. Bu isə keçmiş Balkan respublikasına Avropa İttifaqı və NATO-ya yolunu açıb.

Rusiya öz maraqları çərçivəsində dəfələrlə ölkənin adının dəyışdırılməsi və Makedoniyanın Çernoqoriyanın ardından NATO və Avropa İttifaqıına qoşulmasına qarşı olub. Rusiyanın Xarici İşlər Nazirliyi Makedoniyanın adının dəyişdirilməsini “Skopyeni NATO-ya sürükləmək üçün xaricdən ölkənin süni şəkildə adını dəyişdirmək” adlandırıb. Rusiya tərəfi həmçinin bu prosesin “Makedoniya qanunvericiliyinə zidd şəkildə” aparıldığını və əhalinin əksəriyyətinin fikrinin nəzərə almadığını bildirib.

XS
SM
MD
LG