Accessibility links

Makedoniyanın adının dəyişdirilməsi ilə bağlı razılıq imzalandı


Makedoniya ilə Yunanıstanın xarici işlər nazirləri Makedoniyanın adının dəyişdirilməsi ilə bağlı razılaşma imzalayıb.

Xarici işlər nazirləri Dimitri Dimitrov və Nikos Kotsias sənədə Makedoniya, Yunanıstan və Albaniya sərhədində yerləşən Prespa gölünün sahilindəki iqamətgahda imza atıb.

İmza mərasimində Makedoniyanın baş naziri Zoran Zaev, Yunanıstanın baş naziri Aleksis Tsipras , BMT-nin vasitəçisi Matyu Nimetz və digər Avropa rəsmiləri iştirak edib.

Bu razılaşma Makedoniyanın adına görə Skopye ilə Afina arasında davam edən 27 illik mübahisəyə son qoymalıdır.

Makedoniya bounden sonra Şimali Makedoniya Respublikası adlanacaq.

Amma bu razılaşmanı hər iki ölkənin parlamenti də təsdiqləməlidir.

Bundan başqa razılaşma Makedoniyada referenduma çıxarılmalıdır.

Afina və Skopye arasında bu mübahisə Makedoniya 1991-ci ildə dinc şəkildə Yuqoslaviyadan ayrılan vaxtdan başlanıb.

O vaxtdan bəri Afina Makedoniya adına etiraz edərək bildirir ki, bu onun vilayətlərinfən birinin adıdır və beynəlxalq birlikdə dolaşıqlıq yaradır.

Razılaşma Şimali Makedoniyanın NATO və Avropa İttifaqına üzvlüyü məsələsində maneəni də aradan qaldırır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG