Accessibility links

Makkeyn Baltikyanı ölkələrə: ABŞ sizin təhlükəsizliyinizə sadiqdir


ABŞ senatorları Con Makkeyn və Lindsi Qraham
ABŞ senatorları Con Makkeyn və Lindsi Qraham

ABŞ-ın nüfuzlu senatoru Con Makkeyn Baltikyanı ölkələrin liderlərini Rusiyanın təcavüzünə məruz qalsalar hakimiyyətə gələcək Tramp administrasiyasının dəstəyinə arxalana biləcəklərinə əmin edib.

ABŞ prezidenti seçilmiş Donald Trampın mənsub olduğu Respublikaçılar partiyasının üzvü olan senator Con Makkeyn bu açıqlamanı Estoniya paytaxtı Tallində verib. O həmçinin bildirib ki, Rusiyaya qarşı 2014-cü ildə Krımın işğalına görə tətbiq edilmiş sanksiyaların yüngülləşdiriləcəyini düşünmür.

"Fikrimcə, Amerika hərbi qüvvələrinin Estoniyada mövcudluğu bizim Ronald Reyqanın inandığı güc mövqeyindən sülh prinsipinə inanmağımızın sübutudur"-deyə bu həftə respublikaçı sentor Lindsi Qrahamla Baltikyanı ölkələrə səfər edən Makkeyn bildirib.

Amerika hərbi qüvvələrinin Estoniyada mövcudluğu bizim Ronald Reyqanın inandığı güc mövqeyindən sülh prinsipinə inanmağımızın sübutudur.
Con Makkeyn

"Rusiya tərəfindən lüzumsuz davranışın qarşısını almağın ən yaxşı yolu güclü ordu və möhkəm NATO ittifaqıdır və Estoniya bu alyansın mühüm hissəsidir"-deyə o əlavə edib.

NATO bu il Baltikyanı ölkələrdə və Şərqi Avropada dörd min nəfərdən ibarət əsgəri qüvvə yerləşdirilməsini planlaşdırır.

Keçmiş sovet respublikaları olub, sonradan NATO-ya qoşulan Estoniya, Litva və Latviyanın liderləri Rusiyanın Ukraynada və Gürcüstanda sərhəd bölgələrini işğal etməsi və Moskvanın onların sərhədlərinə yaxın olan Kalininqradda hərbi gücünü artırmasından narahatdır.

Trampın seçki kampaniyası zamanı ABŞ-ın NATO müttəfiqlərinin təhlükəsizliyi ilə bağlı təəhüdlərinin üzv ölkələrin müdafiə xərclərinə sərf etdiyi vəsaitdən asılı olacağına dair açıqlamaları bu narahatlıqları gücləndirmişdir.

Rusiyaya qarşı sanksiyaların Konqresin istədiyi kimi gücləndirilməsi deyil, yüngülləşdiriləcəyi, ya da ləğv edilə biləcəyi ilə bağlı narahatlıqlar mövcuddur.
Zigimantas Pavilionis

Litvanın Birləşmiş Ştatlarda keçmiş səfiri Zigimantas Pavilionis Röyters agentliyinə müsahibəsində deyib ki, Baltikyanı ölkələrin liderləri Trampın Rusiya prezidenti Vladimir Putin haqda müsbət açıqlamaları ilə bağlı narahatlıq keçirir.

"Rusiyaya qarşı sanksiyaların Konqresin istədiyi kimi gücləndirilməsi deyil, yüngülləşdiriləcəyi, ya da ləğv edilə biləcəyi ilə bağlı narahatlıqlar mövcuddur"-deyə o bildirib.

Rusiyanın bu il ABŞ prezident seçkilərinə müdaxiləsi ilə bağlı şübhələrə görə daha ciddi sanksiyaların tətbiqinə çağıran Makkeyn sanksiyaların yüngülləşdirilə biləcəyinə dair heç bir məlumatı olmadığını deyib. "Mənim bildiyim qədər, bu gün belə bir reallıq mövcud deyil"- deyə o bildirib.

Senatorlar Con Makkeyn və Lindsi Qraham çərşənbə günü Latviyaya, cümə axşamı günü isə Litvaya səfər edəcəklər.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG