Accessibility links

Donald Tramp nəhayət Makkeynlə bağlı səssizliyi pozub


Senator Con Makkeynin vəfatından iki gün keçdikdən və veteranların qrupları tərəfindən prezident və Ağ Evin heç bir reaksiya verməməsinə etirazlarından sonra Birləşmiş Ştatlar prezidenti Donald Tramp ictimai səssizliyini pozub.

Ağ Evdə Yevangelist liderlərə həsr edilmiş mərasim zamanı prezident Tramp senator, eləcə də Vyetnam müharibəsində təyyrəsi vurulduqdan sonra əsir götürülən Makkeyni minnətdarlıqla anıb.

“Bizim ürəklərimiz və dualarımız senator Con Makkeynin ailəsilədir. Qarşıdan gələn bir neçə gün onun xatirəsinə həsr edilən mərasimlər keçiriləcək və biz senator Makkeynə ölkəmiz üçün etdiklərinə görə təşəkkür edirik.”

Ağ Evdə bayraqların Makkeynin şərəfinə yarıya endirilməsi ilə bağlı veteranların qrupları tərəfindən gələn təzyiqlər qarşısında belə görünür, güzəştə gedən Tramp fikirlərini açıq söyləməkdən çəkinməyən Makkeynə qarşı ədavəti olduğuna dair fərziyyələrin irəli sürülməsinə yol açıb.

Ölümündən əvvəl Makkeyn prezident Trampın onun heç bir anım mərasimdə iştirak etməməsini istəyib. Lakin Makkeynlə Konqresdə çalışan vitse-prezident Mayk Pens və Tramp kabinetinin üç üzvü cümə günü keçiriləcək mərasimdə iştirak edəcək.

Makkeyn Trampın idarəetmə üsulunun və siyasətinin, habelə Vaşinqtonda ifrat siyasi qütbləşmənin kəskin tənqidçisi idi və bu səbəbdən də prezident Trampın dəstəklədiyi və respublikaçıların irəli sürdüyü səhiyyə planının əleyhinə həlledici səs vermişdi.

XS
SM
MD
LG