Accessibility links

Senator Makkeyn: Türkiyə səfiri ölkəmizdən atılmalıdır


ABŞ senatoru Con Makkeyn Türkiyənin Vaşinqtondakı səfirinin ölkədən atılmasını təklif edib.

Arizona ştatından respublikaçı senator bunları Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın səfirin iqamətgahı qarşısındakı zorakılıqları izləməsindən sonra deyib.

"Bura Amerikadır. Bura Türkiyə deyil, üçüncü dünya ölkəsi deyil. Bu kimi əməllər diplomatik baxımdan cavabsız qalmamalıdır," deyə Makkeyn bildirib.

Senator deyib ki, Türkiyə prezidentinin cangüdəninin nümayişçilərə hücum etməsi onun qəzəbinə yol açıb.

Makkeynin çağırışına digər rəsmilər də səs verib.

Vaşinqtondakı Türkiyə səfirliyi önündə dava
please wait

No media source currently available

0:00 0:03:02 0:00

ABŞ dövlət katibi Reks Tillerson və baş prokuror Ceff Seşşons deyib ki, cinayətkar xarici diplomatların toxunulmazlığı ləğv edilməlidir.

Kaliforniyadan demokrat nümayəndə Zo Lofqren Ərdoğanın tərəfdarları və cangüdənlərinin dərhal həbs və mühakimə edilməsinə çağırıb.

Bura Amerikadır. Bura Türkiyə deyil, üçüncü dünya ölkəsi deyil.
Senator Con Makkeyn

Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Ed Roys bildirib ki, bu kimi zorakılıqlar qəbuledilməzdir. O, komitəni həmin şəxslərin ölkəni tərk etməsindən əvvəl bütün mümkün kriminal ittihamların hazırlanmasına çağırıb.

Qarşıdurma nəticəsində xəsarət alan 9 nəfər xəstəxanaya çatdırılıb.

Türkiyə səfirliyi qarşıdurmanın aqressiv türk mənşəli amerikalıların yaratdığını deyir.

Türkiyənin Vaşinqtondakı səfirinin igamətgahı qarşısında prezident Rəcəb Tayyib Ərdoğanın tərəfdarları, mühafizləri və etirazçılar arasında söz güləşi dava ilə nəticələnib. Amerika polisi qarşıdurmaya müdaxilə etməli olub.

Ərdoğan səfir iqamətgahı qarşısında savaşın şahidi olur
please wait

No media source currently available

0:00 0:02:11 0:00

Olaylar Türkiyə prezidentinin gəlişindən əvvəl başlayıb, Ərdoğanın gəlməsi ilə daha da alovlanıb.

Əllərində “Demirtaşa azadlıq” sözləri ilə plakatlar qaldıran etirazçılar Ərdoğan əleyhinə şüarlar səsləndirib.

Türkiyə səfiri Sərdar Kılıç səfirlik önündə polislərlə görüşüb.

Polis səfirliyin yerləşdiyi bölgəyə girişi bağlamalı olub.

Olayların yatışmasının ardınca Ərdoğan səfirlik qarşısında toplaşan tərəfdarları ilə bir araya gəlib.

XS
SM
MD
LG