Accessibility links

Con Makkeynə beyin xərçəngi diaqnozu qoyulub


maccain
maccain

ABŞ senatoru Con Makkeynə beyin xərçəngi diaqnozu qoyulub. Məlumatı Mayo Kliniki Xəstəxanası yayıb.

80 yaşlı Arizona sentoruna bu dianoz onun sol gözü arxasında 5 santimertlik qan laxtalanması çıxarıldıqdan sonra qoyulub.

“Toxumalardakı patologiya glioblastoma kimi tanınana beyin şişi ilə əlaqəlidir”- deyə xəstəxananın açıqlamasında deyilir.

Makkeyn ofisindən senatorun əməliyyataının uğurlu keçdiyi və səhhətinin yaxşı olduğu bildirilib.

Sonra o, atasının yolunu davam etdirərək 1958-ci ildə ABŞ Donanma Akademiyasını bitirib. C.Makkeyn Vyetnamda əsirlikdən azad ediləndən sonra onu prezident Riçard Nikson şəxsən özü qarşılayıb.

C.Makkeyn həmçinin qeyri-adi igidliklərinə görə də məşhurdur. 1967-ci il iyulun 29-da onun da yerləşdiyi təyyarəyə raket zərbəsi endirilib. Makkeyn isə təyyarənin burnu tərəfə keçərək oradan tullanıb. Sonra isə partlayış nəticəsində təyyarədə dəhşətli yanğın baş verib və 134 dənizçinin həyatına son qoyub.

Amma elə həmin ildə o, güllə yarası alıb və Vyetnamda Hanoy şəhərində 5 il 6 ay ərzində əsirlikdə saxlanıb. Güllə yarasından, qəzəbli kütlənin təpiklərindən, onu əsir göftürən hərbçilərin bir il sürən dəhşətli işgəncələrindən sağ çıxan C.Makkeyn 1973-cü ildə azadlığa buraxılıb.

Senatorun ailəsi onun kimya terapiyası və radiasiya ilə müalicəsinin davam etdiriləcəni bəyan edib.

Daha əvvəl Makkeyn melanoma kimi tanınan dəri xərcəngindən müalicə edilib.

ABŞ prezidenti Donald Tramp senatoru daimi döyüşçü adlandırıb. Tramp Makkeyn və onun ailəsinə xoş məramını açıqlayıb və onun üçün dua etdiyini bildirib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG