Accessibility links

Makkeynin tabutunu daşıyanlardan biri Rusiya müxalifətçisi olacaq


ABŞ-ın mərhum senatoru Con Makkeyn və Rusiya müxalifətçisi Vladimir Kara Murza

Keçən həftə sonu xərçəng xəstəliyi ilə mübarizədən sonra vəfat edən tanınmış respublikaçı senator Con Makkeyn sentyabrın 1-də paytaxt Vaşinqtonda Milli Kafedralın qarşısında onun tabutunu daşıyanlardan birinin Rusiya müxalifətçisi Vladimir Kara Murzanın olmasını vəsiyyət edib. Bu haqda məlumatı Politico xəbər agentliyi verib.

“Con Makkeyn özünün ölümündən sonra da bütün dünya dəfni izləyəcək zaman iki ən böyük düşməni-Vladimir Putin və Donald Trampa sillə hazırlayıb”, Politico yazıb.

Məqalədə qeyd edilir ki, Makkeynin dəfn mərasimini dünya ölkələrində çox sayda insanın izləyəcəyi gözlənilir.

“İki dəfə zəhərləndirilən Vladimir Kara Murzanın seçimi yəqin ki Putin və Trampa son mesajın verilməsi məqsədilə ilə izah edilə bilər. Makkeyn Trampı prezidentin müttəfiqlərinin Moskvanın 2016-cı il seçkilərinə müdaxilə cəhdləri ilə əlaqəsi olub-olmadığı ilə təhqiqat gedən zaman Rusiya lideri xoş rəftarına görə tənqid edirdir”, Politico yazıb.

İki dəfə zəhərləndirilən Vladimir Kara Murzanın seçimi yəqin ki Putin və Trampa son mesajın verilməsi məqsədilə ilə izah edilə bilər.

Rusiya müxalifətçisi və ABŞ senatoru arasında dostluq münasibətləri 2010-cu ildə Rusiyanın qətlə yetirilmiş tanınmış müxalifət lideri Boris Nemtsovun toplaşmaq azadlığı hüququnun müdafiəsi və Moskvada o zaman Rusiyanın baş naziri olan Vladimir Putin əleyhinə mitinqlərin təşkili ilə əlaqədar həbs edildiyi zaman yaranıb.

Con Makkeyn və Vladimir Kara Murza bu illər ərzində Pitini və onun idarəçiliyi altında Rusiyada avtokrat tendensiyaların kəskin tənqidçiləri olub.

Amerika siyasətinin müxtəlif dairələrini təmsil edən bir sıra hazırkı və keçmiş rəsmi şənbə günü 81 yaşında dünyasını dəyişmiş veteran-qanunverici, senator Con Makkeynin xatirəsinin anılacağı mərasimə qatılacaq.

Paytaxt Vaşinqtonun Milli Kafedralında keçiriləcək mərasimdə keçmiş prezidentlər Barak Obama və Corc Buş nitq söyləyəcəklər. Mərasimdə ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer və keçmiş senator Co Liberman da çıxış edəcək.

Keçmiş vitse-prezident Co Bayden, keçmiş müdafiə naziri Vilyam Kohen, Nyu York şəhərinin meri Maykl Blumberq, eləcə də keçmiş senatorlar Qeri Hart, Ras Feynqold və Fil Qramm Makkeynin tabutu ətrafında dayanacaqlar.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiyada amerikalı jurnalist saxlanıb
please wait

No media source currently available

0:00 0:09:40 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynada müharibə və Çin-Rusiya danışıqları.
please wait

No media source currently available

0:00 0:30:03 0:00
XS
SM
MD
LG