ABŞ prezidenti Donald Tramp Rusiya xarici işlər naziri ilə görüşündə Federal Təhqiqatlar Bürosunun(Federal Bureau of Investigation-FBI) direktorunun işdən çıxarılması məsələsini Moskva ilə əməkdaşlıq sahələrini tapmaqda nəyə görə çətinlik çəkdiyini izah etmək məqsədilə müzakirə edib. Bu açıqlamanı Ağ Evin milli təhlükəsizlik məsələləri üzrə müşaviri H.R.Makmaster verib.
"Söhbətin mahiyyəti ondan ibarət olub ki, prezident Rusiya ilə əməkdaşlıq sahələrinin tapılması istiqamətində birgə işləmək üçün məhdudiyyətlər hiss edib, çünki bu, xəbərlərin çoxunda belə əks olunub", Makmaster ABC telekanalına müsahibəsində bildirib.
Tampın Rusiya rəsmilərinə FBI direktorunu hüquq-mühafizə orqanları tərəfindən Rusiyanın 2016-cı ilə seçkilərinə müdaxiləsinə dair təhqiqatla bağlı təzyiqlərlə bağlı vəzifəsindən kənarlaşdırdığını deməsi onun administrasiyası ətrafında yeni qalmaqalın yaranmasına səbəb olub. Bununla bağlı mediada xəbərlər Trampın ilk xarici səfərinə çıxdığı gün verilib.
The New York Times qəzetinin görüşlə bağlı sənədə və adının açıqlanmadığı bir ABŞ rəsmisinə istinadən verdiyi məlumata əsasən, Tramp mayın 13-də Rusiya diplomatları ilə görüşdə deyib: "Mən FBI direktorunu vəzifəsindən kənarlaşdırdı. Onun ağlı çaşmışdı".
İnterfaks agentliyinin verdiyi məlumata əsasən, Rusiya xarici işlər naziri Sergey Lavrov FBI direktoru Ceyms Kominin görüş zamanı müzakirə edildiyini inkar edib.
Milli təhlükəsizlik məsələləri üzrə müşavir Makmaster müsahibə zaman həmçinin deyib ki, Trampın Lavrov və Rusiyanın ABŞ-dakı səfiri Kislyakla danışıqlarının əsas məqsədi Rusiyanın Birləşmiş Ştatların Suriyada olduğu kimi təxribatçı hesab etdiyi fəaliyyətlərinin qarşısını almaqdan ibarət olub.
Makmaster Trampın Rusiya rəsmilərinə görüş zamanı İŞİD-in planlaşdırdığı əməliyyat haqda olduqca məxfi məlumatı açıqlamasına dair müxbirlərə məlumat verən mənbələri də tənqid edib.
"Kəşfiyyat məlumatının açıqlanmasından narahat olaraq onlar nəinki görüş haqda informasiyanı, həm də məxfi məlumatın mənbələri və metodlarını qəzetə göstəriblər. Bu, məntiqə sığışmır", Makmaster bildirib.