Accessibility links

Fransa: Bayden və Makron Avstraliya Sualtı Gəmi Paktının ləğvini müzakirə edəcək


Fransa ABŞ Prezidenti Coe Bayden və Fransa Prezidenti Emmanuel Makronun yaxın bir neçə gün ərzində Avstraliyanın ABŞ və İngiltərə ilə yeni təhlükəsizlik ittifaqının lehinə Parislə sualtı qayıq müqaviləsini ləğvi nəticəsində iki köhnə müttəfiq arasında yaranan diplomatik qarşıdurma haqqında danışıq planlaşdırıldığını bəyan edib.

Fransa hökumətinin sözçüsü bazar günü bildirib ki, ABŞ lideri Makrona tezliklə zəng edərək onunla danışacaq.

Qabriel Attal BFM TV xəbər kanalına Fransanın Avstraliyaya verdiyi sifarişinin ləğvinə "aydınlıq" gətirilməsini istədiyini deyib.

Avstraliya ABŞ və İngiltərə ilə yeni AUKUS ittifaqına daxil olduqdan sonra Fransa ilə milyardlarla dollarlıq müdafiə müqaviləsini ləğv edib.

Baş nazir Skott Morrison ittifaqın regional təhlükəsizliyi gücləndirəcəyini deyib.

“Bu, sülhə və sabitliyə töhfə verən müsbət bir addım kimi qiymətləndirilir. Bütün ölkələr öz müdafiə qabiliyyətlərinə sərmayə qoyacaqlar və həqiqətən də Çin bildiyimiz kimi bu qabiliyyətlərə çox sərmayə qoyub "- deyə, Baş nazir qeyd edib.

Avstraliya müdafiə texnologiyalarını bölüşmək üçün ABŞ və Britaniya ilə yeni bir təhlükəsizlik müqaviləsini sentyabrın 16-da imzalayıb. Təhlilçilərin dediyinə görə, bu, Çindən gələn potensial təhlükəyə qarşı bir cəhddir.

Britaniya rəsmiləri bu müqavilənin hansısa bir ölkəyə cavab vermək məqsədi daşımadığını desələr də, təhlilçilər bunun Çinin Hind-Sakit Okean regionunda hərbi ambisiyalarından narahatlığın açıq əlaməti və bölgənin həm ABŞ, həm də Britaniya üçün strateji əhəmiyyətinin olduğunu vurğuladığını deyir.

Yeni razılıq çərşənbə günü Prezident Co Baydenin Avstraliyanın Baş naziri Skott Morrison və Britaniyanın Baş naziri Boris Consonla birlikdə keçirdiyi virtual iclas zamanı elan edilib.

Prezident Bayden tərəfdaşlığı yüksək qiymətləndirib.

Birgə bəyanatda liderlər ərazi mübahisələri, terrorizm və mütəşəkkil cinayətkarlıq da daxil olmaqla, bir çox narahatlıq doğuran problemlərin olduğunu bildirib.

Amerika İcmalı

Amerika İcmalı - 15 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:08 0:00
XS
SM
MD
LG