Accessibility links

Makron Gürcüstanın ərazi bütövlüyünə dəstək bildirib


Fransa prezidenti Emmanuel Makron Parisdə Gürcüstanın prezidenti Salome Zurabişvilini qarşılayır, 19 fevral, 2019.
Fransa prezidenti Emmanuel Makron Parisdə Gürcüstanın prezidenti Salome Zurabişvilini qarşılayır, 19 fevral, 2019.

Fransa prezidenti Emmanuel Makron Fransanın Avropa İttifaqı ilə daha yaxın əlaqələr qurmağa çalışan Gürcüstanın ərazi bütövlüyünə dəstəyini ifadə edib.

Makron Parisdə Fransada anadan olmuş və bir zamanlar Fransa diplomatı kimi çalışmış Gürcüstanın yeni seçilmiş prezidenti Salome Zurabişvili ilə görüşüb.

Makron Cənubi Osetiya və Abxaziya regionları ilə ölkənin digər ərazisi arasında sərhədlərin yaradılmasını qınayıb. Gürcüstan hər iki regiona nəzarəti 10 il əvvəl Rusiya ilə müharibədə itirib.

Gürcüstanın yeni seçilmiş prezidenti Salome Zurabişvili Tbilisidə inaqurasiya mərasimində, 16 ekabr, 2018.
Gürcüstanın yeni seçilmiş prezidenti Salome Zurabişvili Tbilisidə inaqurasiya mərasimində, 16 ekabr, 2018.

Makron bildirib ki, Fransa davamlı olaraq Rusiyanı 2008-ci il razılşamasının şərlərinə əməl etməyə çağırıb.

Salome Zurabişvili Fransaya dəstəyə görə təşəkkürünü bildirib. Gürcüstan prezidenti iki ölkə arasında daha yaxın iqtisadi, hərbi və mədəni əməkdaşlığa çağırıb.

Salome Zurabişvili 2018-ci ilin sonunda Gürcüstan prezidenti seçilib. Tənqidçilər onu rusiyayönümlü siyasi fiqur adlandırsa da, Salome Zurabişvili andilmə mərasimi zamanı etdiyi çıxışında Rusiyanın Abxaziya və Cənubi Osetiyadakı fəaliyyətini “işğal” adlandırıb. O həmçinin Rusiya ilə əməkdaşlıq üçün heç bir imkan görmədiyini və Qərblə yaxınlaşmaq siyasətini davam etdirəcəyini bəyan edib.

XS
SM
MD
LG