Accessibility links

Makron G-7 sammitində Amazondakı yanğınları müzakirə etməyi təklif edib


Brazizliyanın ultra-sağçı prezidenti Jair Bolsonaro Amazondakı meşə yanğınlarının G-7 sammitinin gündəminin başında olmalı olduğunu sölyədiyinə görə, fransanlı həmkarını “müstəmləkəçi mentaliletinə” sahib olmaqda günahlandırıb.

"Fransa prezidentinin Amazon məsələsini G-7-də regiondakı ölkələrin iştirakı olmadan müzakirə etmək təklifi 21-ci əsrdə yeri olmayan müstəmləkəçi mentalitetini oyadır”, Bolsonaro cümə axşamı tvit atıb.

O deyib ki, Braziliyaya Amazon üçün pul göndərən ölkələr bunu xeyriyyə üçün deyil, “bizim suverenliyimizə müdaxilə etmək məqsədilə” edir.

Amazon tropik meşələrində baş verən minlərlə yanğın mühüm və əvəzolunmaz ekosistemin böyük hissəsini məhv edə bilər.

Braziliya prezidenti Jair Bolsonaro
Braziliya prezidenti Jair Bolsonaro

"Bizim evimiz yanır. Sözün həqiqi mənasında. Planetimizin oksigeninin 20 faizini istehsal edən Amazon tropik meşəsi yanır. Bu, beynəlxalq böhrandır”, Fransa prezidenti Emmanuel Makron cümə axşamı tvit atıb.

ABŞ-ın peyk görüntülərində Amazonda baş verən minlərlə yanğın səbəbilə Cənubi Amerikanı tüstü bürüdüyü göstərilir.

BMT-nin baş katibi Antonio Quterreş çox narahat olduğunu söyləyib.

Braziliyanın Milli Fəza Araşdırmaları İnstitutu bu həftə bildirib ki, bu il Amazonda 73 min yanğın baş verib. Bu isə 2018-ci ilin eyni mövsümündəki yanğınlarla müqayisədə 83 faiz çoxdur. Ətraf mühit fəalları yanğınlara görə Bolsonaronu günahlandırır və onun fermerləri və digərlərini torpaqları yandırıb, oradan otlaq kimi istifadə etməyə təşviq etdiyini bildirir.

Bolsonaro Amazonu kəşf olunmalı iqtisadi resurs adlandırıb.

Bolsonaro həmçinin heç bir sübut irəli sürmədən maliyyə itirən qeyri-hökümət təşkilatlarını onu “devirmək üçün” qəsdən yanğına səbəb olmaqda günahlandırıb.

Emmanuel Makron
Emmanuel Makron

Lakin o, cümə axşamı deyib ki, fermerlər də qanunsuz şəkildə yanğın başlatmış ola bilər.

Bolsonaro həmçinin onun hökümətinin bu cür nəhəng ərazidəki yanğını sönüdürmək üçün kifayət qədər ehtiyatının olmadığını bildirib.

Braziliyanın yerli əhalisinin, eləcə də minlərlə məməli heyvan, quşlar və sürünənlərin böyük bir hissəsi Amazonda yaşayır.

Dünyaya Baxış

Dünyaya Baxış. Almaniya ölkəsindəki üç İran konsulluğunu bağlayıb
please wait

No media source currently available

0:00 0:11:51 0:00
XS
SM
MD
LG