Accessibility links

Makron etirazlara görə məsuliyyəti qismən üzərinə götürüb


Fransa prezidenti Emmanuel Makron ölkədə çaxnaşma yaradan hökümət əleyhinə etirazlara cavabına görə məsuliyyəti üzərinə götürüb.

Televiziyada yayımlanan ilk ictimai çıxışında Makron adi Fransa vətəndaşlarından daha çox zənginlərin qeydinə qaldığına dair tənqidləri azaltmağa çalışıb.

“Son bir il yarım ərzində biz bu narahatlığa kifayət qədər güclü və cəld cavab tapa bilməmişik. Mən öz payıma düşən məsuliyyəti qəbul edirəm. Mümkündür ki, mən sizdə elə bir hiss oyatmışam ki, sanki bu mənim problemim deyil və mənim başqa prioritetlərim var. Mən həm də bilirəm ki, sözlərimlə bəzilərinizin qəlbini qırmışam. Bu gücə sizinlə çox açıq danışmaq istəyirəm. Əgər mən mövcud siyasi sistemi, vərdişləri və riyakarlığı dəyişmək istədimsə, buna səbəb odur ki, mən ölkəmizə çox inanıram və onu sevirəm – deyə, Makron bildirib.

Lakin Makron küçə etirazçılarına qarşı qətiyyət sərgiləyib və pəncələri sındıran, mağazaları qarət edən və polisə hücum edənlərə qarşı rəhmli olmayacağını söyləyib.

Prezident iqtisadi və sosial baxımdan fövqəladə vəziyyət elan edib. Makron bir ay öncə etirazlara səbəb olan benzin vergisində artımı ləğv edib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG