Accessibility links

Makron Fransada radikal separatizm haqda danışdı


Fransa Prezidenti Emmanuel Makron cümə günü "Fransanın müsəlman icmasında separatizm" mövzusunda etdiyi çıxışda İslamın “bütün dünyada böhran içərisində" olduğunu deyib.

Parisin qərbindəki Les Mureaux şəhərindəki çıxışında Makron İslamın dünya boyu, hətta çoxluöun müsəlman olduğu ölkələrdə dərin böhran keçirdiyini deyib, çünki "fundamentalizm və siyasi layihələr arasındakı gərginlik çox güclü radikallaşmaya yol açır."

Fransa prezidenti ölkəsində radikal müsəlmanların millətin dəyərləri xaricində paralel inkişaf edən ”separatçı bir icma” olduğunu deyərək, radikal baxışlı insanların müsəlman məhəllələrində yerli əhalini nəzarət altına almaq üçün onlara öz radikal baxıışlarını təlqin etdiyini söyləyib.

Lakin Makron bu məsələdə hər kəsin məsuliyyət daşıdığını vurğulayıb.

"Özümüz öz məhəllələrimizdə separatizm yaratmışıq. Bu gettolaşmaya respublikamız ilk başdan ən yaxşı məramları ilə rəvac verdi," Fransa lideri bildirib.

O, təhsil və iqtisadi problemlərin konstenstrasiyasını mənşəyə əsasən Fransada əhalinin konsentrasiyalaşmasına mütənasib olduğunu bildirib. Makronun sözlərinə görə o məqamda ki, Fransanın dünyəvi quruluşu müsəlman gənclərinin tələblərinə cavab verməyib, radikallar həmin boşluğu doldurublar.

Fransa prezidenti dekabr ayında hökumətin “dünyəviliyi və respublika prinsiplərini gücləndirmək” üçün qanunvericilik təklif edəcəyini bildirib.

Makron dünyəviçiliyi "Fransanın vəhdətinin sementi" adlandırıb. "Gəlin bütün müsəlmanlara stiqma vurmaq məqsədi güdən ekstremistlərin tələsinə düşməyək," deyə o, əlavə edib.

Çıxışı zamanı Makron gənclərə dünyəvi dəyərlərin aşılanmasında məktəblərin əhəmiyyətini vurğulayıb və özəl məktəblərin onlara dərs verməyə razı olmasını tələb edəcəyini deyib. O, deyib ki, gələn ildən etibarən az istisnalar olmaqla, hazırda evdə təhsil alan 50,000 fransız uşağı digər məktəb yoldaşları ilə birlikdə məktəbə getməli olacaq.

XS
SM
MD
LG