Accessibility links

Makron Livan liderlərindən 3 ay müddətində konkret addımlar atmasını istəyib


Fransa prezidenti Emanuel Makron Livan siyasətçilərinə üç ay müddətində ölkəni yenidən qurmaq üçün konkret addımlar atmasını istəyib. Əks təqdirdə o, onların sanksiyalarla üzləşəcəyi və yardımdan məhrum olacağı barədə xəbərdarlıq edib.

Makron Livanın on illərdir davam edən pis idarəetmə və korrupsiya, pandemiya və keçən ay paytaxt Beyrutda ölümcül partlayış nəticəsində yaranan iqtisadi və siyasi böhrandan çıxmasın yardım etmək üçün beynəlxalq səylərin mərkəzində yer alır.

"Mən riskli bir addım atıram və bunun fərqindəyəm. Mən yeganə bir şeyi masaya qoyuram siyasi kapitalımı" - deyə, Makron bazar ertəsi gecə Politico saytına verdiyi bir müsahibəsində bildirib.

Makron avqustun 4-də ərzaq idxalından asılı olan Livanın əsas limanınının böyük hissəsinin dağılması ilə nəticələnən partlayışdan sonra keçmiş Fransanın keçmiş protektoratı olan ölkəni ikinci dəfə ziyarət edib.

Makron Politico agentliyinə qarşıdan gələn üç ayın Livanda real dəyişikliklər və yeni hökumət qurması üçün "fundamental" olduğunu deyib. O, Livanın siyasi partiyaları liderlərinin konkret dəyişikliklər və 6 aydan 12 aya qədər parlament seçkilərinin keçirilməsi də daxil olmaqla, öhdəliklər vermək istədiyini bildirib.

Makron Livan siyasi liderlərinə qarşı “tələbkar” olacağını deyib və nəticələr tələb olunduğu kimi olmazsa, ölkənin hakim təbəqəsinə sanksiyalar tətbiq olunacağı ilə hədələyib.

Livan siyasətçiləri Fransanın bir neçə həftədir davam edən təzyiqlərindən sonra bazar ertəsi Makronun ölkəyə gəlməsindən bir neçə saat əvvəl yeni baş nazirin Mustafa Adibin təyin edilməsi ilə bağlı razılığa gəlib. Ölkənin əvvəlki hökuməti Beyrut partlayışından sonra istefa verib.

XS
SM
MD
LG