Accessibility links

Makron: Sərt tonuma görə peşmanam


Prezidentliyinin ilk əsas mətbuat konfransında Emmanuel Makron vergiləri endirəcəyini bəyan edib və fransızların əvvəllə müqayisədə daha çox işləmli ola biləcəklərini vurğulyaıb.

Yelisey sarayında çıxış edən Fransa Prezidenti həmçinin reytinqlərinin düşməsinə səbəb olan "sərt dilinə" görə üzr istəyib.

“Dərindən peşmanam,” deyə Makron bir vaxt işsiz bağbana küçəni keçib iş axtamağı tövsiyə etməsi ilə bağlı baş qaldıran insidenti şərh edib. “O sözlər mənim kim olduğumu göstərmir.”

Əvvəl dediyim kimi, biz daha çox işləməliyik. Fransa öz qonşularından xeyli az işləyir. Biz bu barədə həqiqi debat keçirməliyik.

Beşillik prezidentlik dönəminin az qala iki ilini tamamlamaqda olan Makron ölkə turundan yenicə qayıdıb.

“Sarı-jileltlilər” kimi ad çıxarmış həftəlik etiraz hərəkatı Makron hakimiyyətinin ən çətin sınaqlarından biri kimi meydana çıxıb. Bu hərəkat ölkədə artan vətəndaş narazılığının əsas büruzə platformasına çevrilib.

41 yaşlı prezident bəyan edib ki, o, €5 milyard avro həcmində vergi endirimlərini nəzərdən keçirir.

Sarı jiletli nümayişçinin gödəkcəsində yazılıb: "Makron, oğru, yalançı, fırıldaqçı, çıx get, xalq səni qovur." 1 dekabr, 2018. Paris.
Sarı jiletli nümayişçinin gödəkcəsində yazılıb: "Makron, oğru, yalançı, fırıldaqçı, çıx get, xalq səni qovur." 1 dekabr, 2018. Paris.

Sabiq investisiya bankiri və iqtisadiyyat naziri olmuş Makronun planlaşdırılan bu addımı işsizlikdən əziyyət çəkən ölkədə iqtisadiyyata təkan verilməsinə xidmət göstərir.

Lakin planlaşdırılan ölçülərin populyarlığı hələ ki, sual altında qalır. Belə ki, əksər fransızlar həftəlik 35 saatlıq iş rejiminin ləğvinə müsbət yanaşmırlar.

“Əvvəl dediyim kimi, biz daha çox işləməliyik,” Makron deyibş “Fransa öz qonşularından xeyli az işləyir. Biz bu barədə həqiqi debat keçirməliyik.”

XS
SM
MD
LG