Accessibility links

Makron Xaşuqçinin ölümündən sonra Səudiyyə Ərəbistanına səfərini müdafiə edir


Emmanuel Makron
Emmanuel Makron

Fransa Prezidenti Emmanuel Makron cümə günü Fars körfəzinə səfəri zamanı Səudiyyə Ərəbistanını ziyarət etmək qərarını müdafiə edərkən, səudiyyəli jurnalist Camal Xaşuqçinin qətlini unutmadığına israr edib.

Makron Xaşuqçinin 2018-ci ildə İstanbulda Səudiyyə Rərbistanın konsulluğunda qətlə yetiriməsindən sonra şənbə günü krallığın de fakto idarəçisi, vəliəhd şahzadə Məhəmməd bin Salmanla görüşən ilk Qərb liderlərindən biri olacaq.

Xaşuqçinin qətli beynəlxalq qəzəbə səbəb olmuşdu ki, bu hələ də əks-səda doğurur. Lakin Makron deyib ki, güclü səudiyyəlilərə məhəl qoymadan regiona cəlb olunmaq mümkün deyil.

“Kim düşünür ki, biz “Fars körfəzinin ən güclü ən böyük əhalisi olan ölkəsi olan Səudiyyə Ərəbistanı ilə danışmayacağıq” deyərək Livana yardım edə və Yaxın Şərqdə sülh və sabitliyi qoruya bilərik?” – deyə, o, səfərinin ilk dayancağı olan Dubayda söyləyib.

“Bu o demək deyil ki, mən nəyisə dəstəkləyirəm, unutmuşam və tərəfdaşlarımıza tələblər irəli sürmürük,” o deyib və əlavə edib ki, o “ölkəsi və regionun maraqları” çərçivəsində hərəkət edir.

Makron bir gün Qətərdə bir gecə qalandan sonra şənbə günü Səudiyyə Ərəbistanın Ciddə şəhərində səfər edəcək.

Xaşuqçi 2018-ci ilin oktyabrın 2-də türkiyəli nişanlısı ilə evlənə bilmək üçün tələb olunan sənədləri almaq üçün Səudiyyə Ərəbsitanının İstanbuldakı konsulluğuna daxil olub. ABŞ və Türkiyə rəsmilərinin dediyinə görə, orada onu gözləyən bir qrup qatil onu boğaraq, bədənini parçalara bölüb. Onun cəsədi hələ də tapılmayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG