Accessibility links

Malala Yusifzaya hücüm edən 10 nəfərdən 8-i sərbəst buraxılıb


Onlar kifayət qədər dəlil və sübut olmadığı üçün azad edilib

Pakistanın polis idarəsinin sədri bildirib ki, Nobel mükafatı laureatı Malala Yusifzaya qadınların təhsil hüququ fəaliyyətlərinə görə hücüm edən 10 nəfərdən 8-i sərbəst buraxılıb.

Pakistanın Svat vadisinin polis rəisi Səlim Marvat qərb mediasına kifayət qədər dəlil və sübut olmadığı üçün onların azad edildiyini bildirib.

Xəbər Pakistanın digər təhlükəsizlik rəsmiləri tərəfindən də təsdiqlənib.

Aprel ayında Pakistan rəsmiləri bildirmişdi ki, Malalaya qarşı hücüm və onun qətlinin planlaşdırılması ittihamı ilə 10 nəfər ən azı 25 il həbs cəzasına məhkum edilib.

2012-ci ildə məktəbə gedərkən hücuma məruz qalan 14 yaşlı Malalanın işi ilə bağlı bu, birinci ittiham idi. Başından yaralanan Malala İngiltərədə müalicə edilmiş və hazırda orada yaşayır.

Hücumun məsuliyyətini üzərinə alan Taliban geri qayıtdığı təqdirdə onun yenidən hədəf alacağı ilə təhdid edib.

Hücumla bağlı axtarışda olan Pakistanın Taliban Hərəkatının (TTP) sədri Mulla Fazlullah və Malalaya atəş açan Ətaullah Xanın Əfqanistanda gizləndiyinə inanılır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG