Accessibility links

Pakistanlı qız xəstəxanadan çıxıb


Pakistanda qızların təhsil alması uğrunda mübarizə aparan və bu səbəbdən Taliban tərəfindən güllələnən məktəbli qız Britaniyada müalicə aldığı xəstəxanadan çıxarılıb.

Həkim onun bir neçə həftədən sonra yekun əməliyyatadək ailəsinin İngiltərədəki müvəqqəti evində müalicəsini davam etdirəcəyini deyib.

Malala oktyabr ayında Pakistanın şimal-qərbi Svan Vadisindəki məktəbdən evinə dönən zaman silahlı şəxs tərəfindən hücuma məruz qalıb.

Yeniyetmə qız üç il bundan əvvəl onun doğma şəhərini zəbt edən yaraqlı qrup əleyhinə çıxışları və qızların təhsil almasını dəstəkləməsi ilə beynəlxalq ictimayyətdə tanınırdı.

O, başı və boğazından güllə ilə vurulmuşdu.
XS
SM
MD
LG