Accessibility links

Malala Yusafzay Avropa İttifaqının insan hüquqları mükafatını qazanıb


Pakistanlı məktəbli qız Malala Yusafzay Avropa İttifaqının insan hüquqları mükafatını qazanıb.

Talibanın hücumuna məruz qalan Malala 65 min dollarlıq “Saxarov-Azad Düşüncə” mükafatına qadınların təhsil almasını təbliğ etdiyi üçün layiq görülüb.

Talibanın 2009-cu ildə qızların təhsil almasını yasaqlamasından sonra 11 yaşında ikən məktəbli qız təxəllüslə bloq yazılarına başlayıb. Malala az sonra qadın hüquqları müdafiəçisi kimi tanınıb.

Talibanın sui-qəsdindən xilas olan Malala iyun ayında BMT-də çıxışı ilə fəallığını bərpa edib. Hücuma məruz qalmasından bir il sonra onun memuarı dərc edilib.
XS
SM
MD
LG