Accessibility links

Malayziya təyyarəsinin axtarışı bərpa olunur


Avstraliya rəsmiləri bildirib ki, onlar Malayziya Hava Yollarına məxsus təyyarənin mart ayında yoxa çıxdığı ərazidə aparılan axtarışları yenidən nəzərdən keçiriblər.

Avstraliya baş nazirinin müavini Varren Truss təyyarə ilə əlaqə qurmaq cəhdləri baş tutmadığı üçün növbəti araşdırmaların aparılmasına qərar verildiyini deyib. O, yeni məlumatın təyyarənin əvvəlki təxminlərdən fərqli olaraq cənub istiqamətində hərəkət etmə ehtimalına gətirib çıxardığını bildirib.

Açıqlama cənab Truss və Malayziya Nəqliyyat Naziri Tionq Layın axtarışlar barədə birgə imzaladıqları əməkdaşlıq sazişindən sonra verilib. Razılığa görə axtarışların maliyyəti iki ölkə arasında bərabər bölünəcək. Axtarışların bir ilə qədər davam edəcəyi və 48 miliyon dollara başa gələcəyi gözlənilir.

Martın 8-də Kuala Lumpurdan Pekinə uçan təyyarə 239 sərnişin daxil olmaqla yoxa çıxıb. İndiyədək təyyarənin yardım siqnalı göndərmədiyi və onun kommunikasiya cihazlarının söndürüldüyü müəyyən edilib.

Malayziya rəsmiləri təyyarənin biri tərəfindən qəsdən istiqamətinin dəyişildiyini deyib. İyun ayında Avstaliya rəsmilərinin yaydığı məlumatda təyyarənin qəzaya uğrayan zaman avtopilotda olduğu və pilotların oksigen çatışma\\mazlığından huşunun itirdiyinə əmin olduqları deyilir.

XS
SM
MD
LG