Accessibility links

Təhqiqatçılar Malayziya təyyarəsinin vurulduğu ərazidə araşdırmalara başlayıb


10-a yaxın beynəlxalq təhqiqatçı Ukraynanın şərqində Malayziya təyyarəsinin vurulduğu ərəzidə araşdırmalara başlayıb.

Avstraliya və Hollandiyadan olan təhqiqatçılarla birlikdə Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) rəsmiləri də cümə günü təyyarənin düşdüyü yerdə istintaqı davam etdirib.

Onlar keçən ay vurulmuş Boeing 777 təyyarəsinin sərnişinlərinə aid əşyaları və itkin düşmüş onlarla cəsədin axtarışlarını davam etdirəcəklər.

Bu gün səhər tezdən isə 10 ukraynalı paraşutçu təyyarənin vurulduğu əraziyə yaxın Şaxtarsk qəsəbəsi yaxınlığında öldürülüb.

Ukrayna hava qüvvələrinin müvəqqəti komandiri bildirib ki, öldürülən 10 paraşutçu ilə yanaşı 13 nəfər yaralanıb, 11 nəfər itkin düşüb.

Hücum beynəlxalq təhqiqatçıların təyyarənin düşdüyü əraziyə çatmasından bir gün sonra baş verib.

Amerika İcmalı

Amerika İcmalı - 23 İyul 2021
please wait

No media source currently available

0:00 0:29:57 0:00
XS
SM
MD
LG