Malavi gölündə balıq azaldığı üçün sahildə yaşayan sakinlər ərzaq çatışmazlığı və xroniki aclıqla üzləşir. Aclıq hissi keçirən və ya ailələrini doydurmağa çalışan qadınlar bəzən qida əldə etmək üçün balıqçılarla cinsi əlaqəyə girir.
Malavi gölünə balıq almaq üçün hər gün səhər tezdən zənbilli qadınların gəlişi Makava bölgəsində adi haldır. Yerli sakinlər deyirlər ki, qəribə də olsa, bu qadınların çoxu balıq əldə etmək üçün balıqçılarla cinsi əlaqəyə girir. Kənd Sahil Komitəsindən Sesiliya İman: “Bu, həqiqətən burada baş verir. Balıqçıların əksəriyyəti gölə qadın tapmaq üçün gəlir. Ancaq münasibətlər davam etmir və bu, yalnız kənd qadınlarına problem yaradır."
Yerli rəsmilər deyirlər ki, qadınların balıq almaq üçün kifayət qədər pulu olmadıqda balıqçılar onlara balığı cinsi əlaqəyə girmək şərti ilə verir. "Məsələn, məndə 2 min Malavi kvaçası var və mən balıq almaq üçün gölə getməliyəm. Orada bir balıqçı mənə pulsuz balıq təklif edir. Dünən gecə həm özümün, həm də uşağımın ac qaldığını nəzərə alsaq, sonda mən bu təklifi qəbul etməliyəm" deyə, Sesiliya İman bildirir.
Bu təcrümə isə bir çox qadın üçün böyük problrmlə nəticələnir. “Əgər bizim bölgədə İİV artırsa, bu, balıqçıların günahıdır. Qadınların balığıa çox ehtiyacı var. Balıqçılar isə onlarla cinci əlaqəyə girir, onları hamilə qoyur və qaçıb gedir. Körpənin qayğısına isə yalnız qadın qalmalı olur.”
Malavi gölü sahilində balıq almaq istəyən qadınlarla balıqçılar arasında cinsi əlaqə geniş yayıldığı üçün stiqma və diskriminasiya səbəbindən günahkar olanları müəyyən etmək çətin olur. Müştəri Laika Atibu: “Mən bunu etmirəm. Mən balıq almaq üçün pul qazanmağa çalışıram Çünki bunu etsən, İİV-yə tutula bilərsən. Mən bu xəstəliyə tutulsam uşaqlarıma kim baxacaq? Onların məndən başqa kimsələri yoxdur.”
Balıqçılar isə baş verənləri inkar edir. “Biz belə bir şey etmirik. Əgər hansısa qadının balıq almağa pulu yoxdursa, bir onlardan heç nə tələb etmirik” deyə, balıqçı Yalid Nxoma bildirir.
Lakin tədqiqatlar göstərir ki, Malavidə balıq üçün cinsi əlaqələr dekabrla mart ayları arasında daha geniş yayılır, çünki bu, ölkənin ərzaq qıtlığı dövrüdür.
Bu problemi aradan qaldırmaq üçün isə icma rəhbərləri balıqçılarla əlaqəyə girmək əvəzinə qadınların özlərinin gəlir əldə etmələri üçün iqtisadi təşəbbüslər təqdim edir.