Accessibility links

Malavi hökuməti turizmi canlandırmağa çalışır


Malavi hökuməti turizmi canlandırmağa çalışır
please wait

No media source currently available

0:00 0:02:27 0:00

Malavi hökuməti turizmi canlandırmağa çalışır

Milli parklar, oyun meydançaları və dağların olmasına baxmayaraq, Malavidə ölkənin turizm sahəsini inkişaf etdirməkdə çətinliklər davam edir. Lakin ölkə daha çox turist cəlb etmək üçün Turizm Strateji Planını inkişaf etdirib.

Sentyabrın 27-də keçiriləcək bir günlük tədbir Dünya Turizm Günü üçün məlumatlılığın artırılması və Malavinin turizimini təbliğ etmək üçün fəaliyyətlərin bir hissəsidir.

Turizm operatorları turistlər üçün xidmətlərini nümayiş etdirmək üçün pavilyonlar qurub.

Tədbirin təşkilatçısı Kristin Çimanqeni, "Özümüz Malavi haqda onun turizminə dair heç nə bilməsək, Malavi ilə maraqlanan xarici turistə heç birməlumat verə bilmərik. Biz daxili turizmin təşviq edilməsini istəyirik. Bu, xarici turizmin inkişafına da səbəb olacaq." deyir.

Dünya Turizm İqtisadi Forumunun səyahət və turizm hesabatına əsasən, Malavinin yoxsul hava nəqliyyatı infrastrukturu turizmə mane olur. Dünyanın ən pis ölkələri siyahısında olan Malavi turizmin rəqabətliliyin araşdırıldığı 141 ölkədən 126-cı yerdədir.

Malavi rəhbərliyi bununla əlaqəli yeni Turizm Strateji Planı üzərində çalışdıqlarını bildirib.

Turizm director Ayzak Katopola deyir ki, Plan hava limanlarına yönəlib. Kamuzu hava limanı yenilənməlidir. Dövlət indi həmin hava limanını yeniləyir.

Dövlət həmçinin Afrika Parkları və ölkədə olan müxtəlif milli parklara filler, hepard və şir kimi heyvanları bərpası məqsədilə heyvan rifahı xeyriyyə təşkilatını da dəstəkləyir.

Turizm operatorlarının 3 il əvvəl viza haqqı ödəməsini tələb edən ölkələrdən gələn turistlərə təqdim etdiyi $ 75 viza haqqını azaltmaq istəyini dəstəkləyir

Turizm operatorlarının yüksək qiymətləri bəzi turistlərə Malaviyə gəlməyə maneə törədir.

Turizm director Ayzak Katopola "Viza rüsumları 75$-dan endirilib, Zambia, Zimbabve və Tanzaniyadakı kimi eyni qiymətə - 50$-adır. Bu bizə sağlam rəqabətə şərait yaradacaq.” deyir.

Turizm operatorları razıdırlar.

Səyahət məsləhətçisi May Çibvana deyir ki, bu, hökümətin sadiqliyini göstərir, insanlar və sənayedə bütün maraqlı tərəflər xoşbəxtdirlər ki, indi ölkəyə daha çox turist gələcək.

Dövlət rəsmiləri bu addımların Malavinin builki Ümumi Daxili Məhsulunu 7,7 faiz artıra bilərcəyini deyir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG