Accessibility links

Malavidə şirlərin köçürülməsi sona çatıb [Video}


Malavidə şirlərin köçürülməsi sona çatıb
please wait

No media source currently available

0:00 0:02:16 0:00

Malavidə şirlərin köçürülməsi sona çatıb

Cənubi Afrika şirləri nəsli kəsilməkdə olan canlıları canlandırmağa kömək edəcəklər.

Park rəsmiləri bildirirlər ki, Cənubi Afrika şirləri nəsli kəsilməkdə olan canlıları canlandırmağa kömək edəcəklər.

Malavidə yerləşən qeyri-hökumət təşkilatı olan Afrika Parkları qoruğu on iki şirin iki parka köçürülməsinə kömək edib. Şirlər Cənubi Afrikadan Malaviyə beynəlxalq heyvanların qorunması xeyriyyə təşkilatı, Hollivud aktyoru Leonardo DiKaprio və Şirlərin Bərpası Fondu tərəfindən təyyarə vasitəsilə köçürülüblər. Park rəsmiləri bildirirlər ki, bununla parkda yırtıcı heyvanların sayının artmasına və həmçinin Malavidə artan turizm sahəsinə dəstək verilmiş olacaq.

Təyyarə şirləri Cənubi Afrikadan nəhəng pişiklərin demək olar ki, nəsli kəsilməkdə olan Malaviyə gətirib. Sakitləşdirici verilmiş şirlər Majete və Livonde milli parklarına xüsusi qutularda gətiriliblər. Qoruğun rəhbəri Kreyq Reyd deyir ki, Livonde Milli Parkında şir sonuncu dəfə dörd il əvvəl görünüb.

Qəbul etdikləri on iki şirdən beşi Majete Milli Parkına göndəriləcək, qalan yeddisi isə Livonde Milli Parkına gətiriləcək. Yeddi şirdən əlavə parkda həm də Majete Milli Parkından 2 erkək şir var.

Bir əsr əvvəl Afrikada iki yüz min şir yaşayırdı. Lakin son rəqəmlər onların sayının iyirmi mindən az olduğunu göstərir.

Park rəsmiləri inanır ki, bu cür köçürülmə nəsil kəsilmək təhlükəsi altında olan növlərin bərpasına kömək edəcək. Lakin parkın ətrafındakı kəndlərin sakinləri şirlərin onların evlərinə belə yaxın yaşamasının onların həyatına təhlükəyə yarada bilməsindən narahatdırlar.

Livonde sakini Fanni Kambonqve: “Şirlər çox təhlükəli heyvanlardır. Mən bunu uşaqlıqdan bilirəm. Şirlərin bu parklara köçürülməsi bizim həyatımızı təhlükəyə atır. Onlar cavan, yaşlı hamıya hücüm edirlər. Biz hələ parkın rəsmilərinin bizi bu heyvanlardan necə qoruyacaqlarını hələ bilmirik."

Livonde qoruğunun rəsmiləri heyvanları yerli sakinlərin yaşadığı yerlərdən uzaq saxlamaq üçün parkın ətrafı boyunca 140 kilometrlik hasar çəkiblər.

Qoruğun rəhbəri Kreyq Reyd söyləyib ki, onlar həmçinin şirlərə xüsusi izləyici yaxalıq asıblar, bu halqalar şirlərin hara getdikləri barədə məlumatlar ötürür. Hər hansı bir halda şirlərdən hər hansı biri hasara yaxınlaşarsa onlar dərhal müdaxilə edə bilərlər. Buna görə də, o park işçilərinin etdikləri bütün tədbirlərin Livondenin ətrafında yaşayan icmaların təhlükəsizliyinə əmin olmaq üçün kifayət olduğunu düşünür.

Eyni zamanda park, həm də yeni mühitə uyğunlaşarkən şirləri müvəqqəti olaraq mühafizə edir.

Park rəsmiləri bu kimi köçürmələrin Afrikanın simvolu sayılan şirlərin sayının bərpası və onların qorunmasına kömək edəcəyini söyləyirlər.

XS
SM
MD
LG