Accessibility links

Malavidə aclıqla mübarizə [Video]


Malavidə aclıqla mübarizə
please wait

No media source currently available

0:00 0:02:01 0:00

Keçən ildən bəri quraqlıq, ondan sonra da güclü sellərın davam etdiyi Malavidə 6 milyondan çox insanın ərzağa ehtiyacı var. Hazırda “Victory Garden”in təşəbbüsü ilə paytaxt ətrafında kiçik tərəvəz bostanlarının salınması kampaniyası aparılır.

Paytaxt yaxınlığındakı kəndin sakini Edson Kumbani keçən il qarğıdalı əkininin puça çıxmasından sonra bu bostanı əkib. Malavidəki digər fermerlərin olduğu kimi onun ailəsinin əsas ərzağı qarğıdalı idi. Lakin hazırda o, kartof, pomidor, xardal, balqabaq və lobya əkir. Ona arvadı yardım edir. “Mən daha ərimdən evdən çıxanda yemək haqda soruşmuram. Mən bostana gedib lazım olan tərəvəzi dərir və yemək hazırlayıram” deyə, Edsonun həyat yoldaşı Efrida bildirir.

Kumbani bostanını Birləşmiş Ştatlarda yerləşən aclığa qarşı “Üz-üzə” xeyriyyə təşkilatının köməyi ilə yaradıb. Ken Vonq "Üz-üzə" təşkilatının icraedici direktorudur: “Bizim məqsədimiz “Victory Garden”in qərarına əsasən malavililərin fermaya və ərzağa münasibətini dəyişməkdir. Beləliklə, malavililərın ölkədəki yoxsulluq və davamlı aclıq problemini həll edə bilər”

Likuni, Tsabanqo və Mitundu ərazilərində 22 min ailə bu təşəbbüsdən mənfəət əldə edib. Hər bir nəfər digər 25 nəfəri öyrədir. Onlar üçün elə birkilər seçilir ki, suya az ehtiyacı olsun. Malavidə hələ də quraqlıqdır və kəndlilərdən bəziləri su tapmaq üçün uzaq məsafə qət etməli olur.

XS
SM
MD
LG