Accessibility links

Malayziya avialaynerinin vurulmasında şübhəlilərin adları açıqlanıb


Niderlandın başçılıq etdiyi beynəlxalq təhqiqat qrupu 2014-cü ildə Ukrayna üzərində Malayziya hava yollarına məxsus təyyarənin vurulmasına görə üç rusiyalı və bir ukraynalını şübhəli qismində göstərib.

Niderlandın baş prokuroru Fred Vesterberke çərşənbə günü Haaqada keçirilən mətbuat konfransında deyib ki, “şübhəlilərin hərəkətləri MH17 təyyarəsinin vurulmasına gətirib çıxarıb”.

“Onlar düymələri özləri basmasa da, təyyarəni vurub salan raket qurğusunun ələ keçirilməsi üçün yaxından əməkdaşlıq etdiklərinə dair şübhələr var” – deyə, o əlavə edib. Şübhəlilərin rusiyalı İqor Girkin, Sergey Dubinski və Oleq Pilatov və ukraynalı Leonid Karçenko olduğu bildirilir.

​Vesterbeke təhqiqatçıların Rusiya və Ukraynadan şübhəlilərin eksradisiyasını istəməyəcəyini deyərək, hər iki ölkənin bunu qadağan etdiyini qeyd edib. Onun sözlərinə görə, bunun əvəzinə Rusiyadan hazırda Rusiyada Federasiyasında olan şübhəlilərə order göndərilməsi istəniləcək.

Birgə beynəlxalq təhqiqat qrupu MH17 təyyarəsinin vurulmasında şübhəlilərin adlarını açqlayıb, 19 iyun, 2019.
Birgə beynəlxalq təhqiqat qrupu MH17 təyyarəsinin vurulmasında şübhəlilərin adlarını açqlayıb, 19 iyun, 2019.

Lakin Rusiya əməkdaşlıq etməyə bilər, belə ki, Moskva təyyarənin vurulması ilə hər hansı əlaqəsi olduğunu inkar edib və dəfələrlə təhqiqatı qınayıb.

Niderlandın baş polis idarəsinin rəhbəri Vilbert Paulissen şübhəlilərin məhkəməsinin 2020-ci ildə mart ayında Haaqada keçiriləcəyini elan edib. Şübhəlilər qiyabi olaraq da mühakimə edilə bilərlər.

Ibeynəlxalq təhqiqat qrupunun Malayziya təyyarənin vurulmasına görə üç rusiyalı və bir ukraynalını şübhəli qismində göstərib, 19 iyun, 2019.
Ibeynəlxalq təhqiqat qrupunun Malayziya təyyarənin vurulmasına görə üç rusiyalı və bir ukraynalını şübhəli qismində göstərib, 19 iyun, 2019.

Amsterdamdan Kuala Lumpura uçan təyyarə 2014-cü il iyulun 17-də Rusiyaya məxsus raketlə vurulmuşdu. Təyyarədə olan 298 sərnişin və ekipaj üzvlərinin hamısı həlak olmuşdu.

Niderland, Malayziya, Avstraliya, Belçika və Ukraynadan olan təhqiqatçılar keçən il təyyarəni vuran Buk raket siksteminin Rusiya ordusunun 53-cü Raket Əleyhinə Müdafiə Briqadasına məxsus olduğuna əmin olduqlarını bildirmişdilər. Kreml keçən il raketin Ukrayna ərazisindən gəldiyini bildirib.

MH17 təyyarəsinin vurulması Rusiya və Qərb arasında onsuz da Ukraynanın şərqində münaqişə ilə bağlı gərginliklərin daha da artmasına səbəb olub.

XS
SM
MD
LG