Malayziyada xilasedicilər son 30 ildə ölkədə baş vermiş ən güclü daşqının təsirinə məruz qalmış minlərlə insana ərzaq və tibbi ləvazimat çatdırmağa çalışır.
Səkkiz ştatın daşqına məruz qalması nəticəsində 10 nəfər ölüb, 160 min insan evlərindən didərgin düşüb.
Malayziyanın baş naziri Nəcib Razak daşqından ən çox zərər çəkmiş bölgələrə 143 milyon dollar dəyərində əlavə yardım göndəriləcəyini bildirib.
Malayziya sinoptikləri bildirib ki, leysan yağışları növbəti bir neçə gün də davam edərək əvvəllər zərər çəkməmiş cənub ştatlarını da daşqına məruz qoyacaq.
Qonşu ölkələrin də güclü daşqınlara məruz qaldığı bildirilir.