Accessibility links

Malaziyanın yeni baş naziri həbsdə olan müxalifət liderinin əfvinə hazır olduğunu deyib


Malayziyanın baş naziri Mahathir Mohamad
Malayziyanın baş naziri Mahathir Mohamad

Malayziyanın yenicə vəzifəsinin icrasına başlamış baş naziri seçki kampaniyası zamanı verdiyi vədi yerinə yetirərək, müxalifət lideri Anvar İbrahimi əfv etməyə hazır olduğuğu bildirib.

Mahathir Mohamad cümə günü deyib ki, kral, Anvarın əfv etməyə razıdır.

Malayziyanın baş naziri Mahathir Mahamad: “Biz razılığa gəlmişik kimi, mümkün qədər yaxın bir zamanda onun əfvi ilə bağlı işlərə başlayaq. O, tezliklə azadlığa buraxılmalıdır. Biz bunu sürətləndirəcəyik. Lakin biz onun kraldan tam əfv almasını istəyirik. Bu halda onun siyasətə qayıtmasında heç bir maneə olmayacaq.”

Müxalifət lideri korrupsiya və sodomiyada ittiham edilərək azadlıqdan məhrum edilib. Lakin geniş kütlələrdə bu ittihamların siyasi zəminli olduğu bildirilir.

Anvar, Mahathirin höküməti dövründə baş nazir müavini və maliyyə naziri vəzifəsini icra edib. 1999-cu ildə işdən azad edilənə qədər onu Mohathinin varisi kimi qəbul edirdilər.

Mohathir həm də, siyasi rəqiblərindən qisas almaq fikrində olmadığını, amma qanun-qaydanı bərpa etmək vədi verdiyini bəyan edib.

92 yaşlı sabiq lider avtoritar idarəetməsi ilə tanınır. Onun Ümid Alyansı adlanan müxalifət partiyaları koalisiyası sabiq baş nazir Nacib Razakın siyasi alyansına qalib gəlib.

Mahathir 1981-ci ildən 2003-cü ilə qədər Malayziyaya rəhbərlik edib. Möhkəm və çiçəklənən iqtisadiyyat qurmasına baxmayaraq, malaziyalıların çoxu Mahathirin siyasi rəqiblərinə və ifadə azadlığa qarşı təzyiqlərinə görə ondan məyusdurlar.

XS
SM
MD
LG