Accessibility links

Malayziyada İslam Dövləti tərəfindən sıralarına cəlb edilən 3 şübhəli nəzarət altına alınıb


Malayziyada İslam Dövləti tərəfindən sıralarına cəlb edilən 3 şübhəli nəzarət altına alınıb. Onlar terrorçuluq ittihamı ilə nəzarət altına alının 14 nəfər arasındadır.

Bu cənub-çərqi Asiya ölkəsində indiyədək İŞİD-lə əlaqədə olduqlarından şübhələnilən 36 adam həbs edilib.

Malayziya polisinin bildirdiyinə görə onlar bu həftə İraq və Suriyada bəzi bölgələri ələ keçirən İŞİD-ə yardım etdikləri üçün nəzarət altına alınıb.

Onlar arasında Malayziyanın enerji, yaşıl texnologiya və su nazirinin yardımçısı da var. Polis onun Əbu Səyyaf yaraqlı qrupu ilə əlaqəsi olduğunu bildirib.

Digər 34 yaşlı şəxsin 4 ay Suriyadakı döyüşlərdə iştirak etdiyi və daha bir 37 yaşlı şəxsin isə cihadçıların Facebook səhifəsini işlətdiyindən şübhələnilir.

XS
SM
MD
LG