Accessibility links

Okeanda tapılmış qalıqlar Malayziya təyyarəsinə məxsus ola bilər


Yoxa çıxmış Malayziya avialaynerinin qalıqlarının Hind Okeanının cənubunda axtarışları bu gün də davam edir.

Hava şəraitinin yaxşılaşması Avstraliyanın Perz şəhərindən 2500 kilometr cənub-qərbdə axtarışları davam etdirmək üçün 12 təyyarə və bir neçə gəminin əraziyə qayıtmasına imkan verib.

Güclü küləklər axtarışları 24 saat yubandırıb.

Avstraliyanın baş naziri Toni Abbott laynerin qəza səbəblərinin araşdırılması üçün əllərindən gələni edəcəklərini vəd edib.

Cənab Abbott laynerdə olan 239 nəfərin xatirəsini bir dəqəqəlik sükutla anan Avstraliya parlamentinə qoşulub.

Peykdən əldə edilən görüntülər Hind okeanında 100-dən çox qırıntı qeydə alıb. Bu qalıqlarının Malayziya laynerinə məxsus olduğu ehtimalı böyükdür.

Axtarışlarda iştirak edən təyyarələr də itmiş laynerin hissələrinə bənzər qalıqlar müşahidə edib.

Fransada yerləşən Airbus Müdafiə və Fəza obyekti tərəfindən əldə edilən son görüntülər okeanda 400 kvadrat kilometr məsafədə 122 potensial obyektin qeydə alındığını göstərib.

Qalıqların uzunluğunun 1 metrdən 23 metrə qədər ölçülərdə olduğu deyilir.
XS
SM
MD
LG