Accessibility links

Malayziya laynerinin daha çox qalıqlarını nümayiş etdirən şəkillər açıqlanıb


Tailand peyki yoxa çıxmış Malayziya laynerinin daha çox qalıqlarnın olduğunu sübut edən şəkillər açıqlayıb. Lakin pis hava şəraiti laynerin axtarışının bir daha təxirə salınmasına səbəb olub.

Tailandın fəza agentliyi peyklərindən birinin Hind okeanının cənubunda iki metrdən 15 metr uzunluğunda təxminən 300 üzən obyekt müşahidə etdiyini deyib.

Xəbər Fransa peykinin eyni yerdə 122 qalıq müşahidə etməsindən sonra verilib. Qalıqların bəziləri parıltılı və uzunluqları 23 metrə çatır.

Qalıqlara yaxınlaşmaq səyləri hələlik mümkün olmayıb.

Avstraliya Dəniz Təhlükəsizliyi Təşkilatının rəsmiləri pis hava şəraitinin layneri axtaran bütün təyyarələrin geri qayıtmasına səbəb olduğunu deyib. Gəmilər isə axtarışları davam etdirir.

Rəsmilər pis hava şəraitinin 24 saat davam edəcəyini bildirib.

Bu həftə artıq ikinci dəfədir ki, pis hava şəraiti axtarışların təxirə salınmasına səbəb olur.

Axtarışlar Yer Kürəsinin ən təcrid olunmuş yerlərindən birində aparılır.

Amerika İcmalı

Amerika İcmalı - 30 İyul 2021
please wait

No media source currently available

0:00 0:30:18 0:00
XS
SM
MD
LG