Accessibility links

Malayziya təyyarəsinə məxsus olduğu güman edilən qara qutudan daha artıq siqnallar əldə edilib


Axtarış komandası Malayziya təyyarəsinə məxsus olduğu güman edilən qara qutudan daha artıq siqnallar əldə edildiyini bildirir.

Avstraliya rəsmilərinin dediyinə görə, Orion kəşfiyyat təyyarəsi siqnalları Hind okeanında bundan əvvəl gəmilərin siqnallar aldığı bölgədə aşkar edib.

Axtarışlara rəhbərlik edən Anqus Nyuston deyib ki, akustik məlumat bazası təhlil edilməlidir.

Siqnallar axtarış ərazisini kiçiltsə də, təyyarələr və gəmilər 57 min kvadrat kilometrlik ərazidə işini davam etdirir. Vaxt isə daralır. Belə ki, qara qutunun batereyası 30 gün ərzində yatır.

239 sənişini daşıyan təyyarə martın 8-də yoxa çııxb. Malayziya rəsmiləri Kuala Lumpurdan Pekinə istiqamət alan təyyarənin səmtini dəyişərək Hind Okeanına düşdüyünü təxmin edir. Lakin buna sübut kimi heç bir dəlil əldə edilməyib.

Bugünkü axtarışlara 14 təyyarə və 13 gəmi cəlb edilib.

Qara qutunun tapılması ilə təyyarədə baş verənləri aşkar etmək mümkün olacaq.

Layner heç bir xəbərdarlıq siqnalı vermədən yoxa çıxıb. Rəsmilər qaçırılma, sabotaj və mexaniki nasazlıq kimi bütün ehtimalları nəzərdən keçirir.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken ABŞ-ın İsrailin İrana zərbələrindən son anda xəbəri olduğunu deyib
please wait

No media source currently available

0:00 0:12:20 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG