Malayziyaya məxsus təyyarənin göyərtəsində 239 nəfərlə itməsini araşdıran təhqiqatçılar deyir ki, radar şəkilləri yoxa çıxmamışdan əvvəl laynerin müəmmalı şəkildə geri qayıtdığını göstərir.
Malayziya hava qüvvələri rəisi Rodzali Daud təyyarənin hansı istiqamətdə və nə qədər məsafədə geri qayıtdığına dair təfərrüatlı məlumat verməyib.
Onun sözlərinə görə, hərbi və mülki radar təyyarənin geri döndüyünü göstərir.
İrimiqyaslı dəniz axtarışları davam etsə də, təyyarəyə dair hələ ki dəqiq bir iz tapılmayıb. Yalnız Vyetnam xilasediciləri təyyarənin radardan itdiyi ərazidə iki böyük yanacaq izləri aşkar ediblər. Yanacaq iziləri təxminən 15 kilometr uzunluğundadır.