Accessibility links

Malayziya təyyarəsinin axtarışı şimal və cənub istiqamətində davam edir


Malayziya rəsmiləri yoxa çıxan laynerin axtarışının şimal və cənub dəhlizi istiqamətlərində davam etdirildiyini deyib.

Ölkənin müdafiə naziri Hişammuddin Hüseyn hava və su da daxil olmaqla 26 ölkənin axtarışlarda iştirak etdiyini bildirib. Axtarışlar on milyonlarla kvadrat kilometr məsafədə aparılır.

Təhqiqatçılar martın 8-i müəmmalı şəkildə yoxa çıxmış Boeing 777 təyyarəsinin ya şimalda, mərkəzi Asiyaya, ya da cənubda Hind okeanına istiqamətləndirildiyini ehtimal edir.

Malayziyanın baş naziri Nəcib Razakın xahişindən sonra Avstraliya baş naziri Toni Abbott cənub bölgədə axtarışların məsuliyyətini ölkəsinin üzərinə götürüb.
XS
SM
MD
LG