Accessibility links

Mozambikdə Malayziya təyyarəsinə aid olduğu güman edilən parça aşkar edilib


Avstraliyanın nəqliyyat naziri Darren Çester Mozambik çimərliyində tapılan təyyarə parçasının yoxa çıxan Malayziya Hava Yollarına məxsus MH-370 təyyarəsinə aid olub-olmadığını müəyyən etmək üçün Avstraliyada yoxlamadan keçəcəyini bildirib.

Təyyarə 239 sərnişin və ekipaj üzvü ilə birlikdə iki il bundan öncə yoxa çıxıb.

Cümə axşamı Çester avstraliyalı qanunvericilərə təyyarənin parçasının ABŞ vətəndaşı tərəfindən axtarış əməliyyatlarına nəzarət edən avstraliyalı ekspertlərin təxmin etdiyi məkana yaxın yerdə aşkarlandığını deyib.

ABŞ rəsmiləri isə bu parçanın Boeing -777 təyyarəsinin horizontal stabilizatorunun sağ tərəfindəki əsas parça olduğunu güman edir.

Ötən il Reunion adasının sahilində təyyarənin qanadı tapılmışdı.

Dünyaya Baxış

Dünyaya Baxış - 27 iyul 2021
please wait

No media source currently available

0:00 0:10:00 0:00

Amerika İcmalı

Amerika İcmalı - 23 İyul 2021
please wait

No media source currently available

0:00 0:29:57 0:00
XS
SM
MD
LG