Accessibility links

Malayziyanın keçmiş baş nazirinin evindən 270 milyon dollardan artıq dəyərdə əşya müsadirə olunub


Malayziyanın Federal Ticarət Cinayətləri Təhqiqat İdarəsinin (CCİD) direktoru, komissar Amar Sing, Kuala-Lumpurda 27 İyun 2018-ci ildə təşkil edilən mətbuat konfransında reydd zamanı çəkilmiş foto-şəkilləri göstərir.

Malayziya polisi adı qalmaqallarda hallanan sabiq baş nazir Nəcib Razaka aid olan mülklərdə reydlər zamanı təxminən 275 milyon dollar pul, zərgərlik əşyaları və bahalı çantaların müsadirə edildiyini bildirib.

Polis idarəsinin ticarət cinayətləri idarəsinin rəhbəri Amar Singh çərşənbə günü Kuala Lumpurda mətbuat konfransında jurnalistlərə reyd zamanı ələ keçirilmiş əşyaların siyahısını təqdim edib və bunu ölkə tarixində ən böyük müsadirə əməliyyatı adlandırıb. Buraya 12 min ədəd zərgərlik əşyası, 567 ədəd əl çantası, 423 qol saatı, 234 cüt günəş gözlükləri daxildir.

Singh ən bahalı əşyanın 1 milyon dollar dəyərində bir boyunbağı olduğunu deyib.

Malayziyanın keçmiş baş naziri Nəcib Razak, 12 noyabr 2017-ci ildə Manila şəhərinin şimalındakı Pampanga əyalətinin Klark şəhərində Klark Beynəlxalq Hava Limanında həyat yoldaşı Rosmah Mənsur ilə birlikdə qoşunları salamlayır.
Malayziyanın keçmiş baş naziri Nəcib Razak, 12 noyabr 2017-ci ildə Manila şəhərinin şimalındakı Pampanga əyalətinin Klark şəhərində Klark Beynəlxalq Hava Limanında həyat yoldaşı Rosmah Mənsur ilə birlikdə qoşunları salamlayır.

Əşyalar vəzifədə olduğu müddətdə yaratdığı suveren sərvət fondundan mənimsəmə iddiaları ilə əlaqədar bir təhqiqatın mərkəzində olan Nəcibə aid olan ən azı altı mülkdən müsadirə olunub.

ABŞ-ın Ədliyyə Departamenti ümumilikdə fonddan 4,5 milyard dollar məbləğində pulun qanunsuz olaraq mənimsənilərək, bunun bir hissəsinin Nəcibin şəxsi bank hesablarına köçürüldüyünü iddia edir. Qalmaqal 1957-ci ildə müstəqillik qazandıqdan sonra Malayziyanı idarə edən Nəcibin Milli Cəbhə koalisiyasının ötən ay seçkidə məğlubiyyətinə gətirib çıxardı.

Hakimiyyətdən getdikdən sonra Nəcibin Malayziyanı tərk etməsinə qadağa qoyulub və o, həyat yoldaşı Rosmah Mənsur ilə birlikdə korrupsiya ilə mübarizə agentliyi tərəfindən sorğu-sual edilib. Amar Singh sabiq birinci cütlüyün yaxın günlərdə ələ keçirilən əşyalarla bağlı sorguya çağırılacağını bildirib.

Nəcib bu iddiaları rədd edib.

Mahathir Məhəmməd Malayziyanın Petaling Jaya şəhərində ümumi seçkidən sonra mətbuat konfransında danışır, 10 May 2018.
Mahathir Məhəmməd Malayziyanın Petaling Jaya şəhərində ümumi seçkidən sonra mətbuat konfransında danışır, 10 May 2018.

Ötən ay keçirilən seçkilərdə Nəcibi məğlub edən koalisiyaya rəhbərlik etmiş baş nazir Mahathir Məhəmməd sələfinin maliyyə qalmaqalı ilə əlaqədasr bağladığı istintaqı yenidən açdı. 1981-2003-cü illərdə Malayziyanı idarə etmiş 92 yaşlı Mahathir Nəcibə qarşı dəlillərin açıq-aydın olduğunu bildirir.

XS
SM
MD
LG