Accessibility links

Malaziya polisi İrana gedən gəmidə nüvə avadanlığı aşkarlayıb


Malaziya polisi İrana gedən gəmidə nüvə avadanlığı aşkarlayıb
Malaziya polisi İrana gedən gəmidə nüvə avadanlığı aşkarlayıb

Gəminin yükü sənədlərdə yeyinti, eləcə də dərman və kimya sənayesində istifadə edilən əmtəələr kimi göstərirsə də, polis iki konteynerdə nüvə silahlarının istehsalında istifadə edilən müxtəlif avadanlıqlar aşkarlayıb

Malayziya polisi martın 18-də bəyanat yayaraq ölkə sahillərində İrana gedən bir yük gəmisindən nüvə silahlarının istehsalında istifadə olunan avadanlıqlar aşkarlandığını bildirib.

“Media forum” saytının məlumatına görə, Malayziya polisi gəminin Çində yükləndiyini və İrana gedərkən saxlanıb yoxlandığını bəyan edib.

Malayziya Beynəlxalq Gəmiçilik Şirkəti rəsmiləri də jurnalistlərə deyiblər ki, gəminin yükü sənədlərdə yeyinti, eləcə də dərman və kimya sənayesində istifadə edilən əmtəələr kimi göstərirsə də, polis gəmini yoxladıqdan sonra ondakı iki konteynerdə nüvə silahlarının istehsalında istifadə edilən müxtəlif avadanlıqlar aşkarlayıb.

Gəmi hazırda Malayziya polisinin nəzarətində saxlanır, araşdırmalara başlandığı vurğulanır.

XS
SM
MD
LG