Accessibility links

Maldiv adalarında fövqəladə vəziyyət elan edilib


Maldiv adalarının sürgündə olan keçmiş prezidenti Hindistan və Birləşmiş Ştatları ölkənin siyasi böhranına müdaxilə etməyə çağırır.

Məhəmməd Nəşid Hindistan təhlükəsizlik qüvvələrini Hind okeanındakı kiçik arxipelaqa gəlib, həbsdə olan baş hakim Abdulla Səudi və məhkəmə hakimi Əli Həmidi azadlığa buraxılmasına çağırıb.

Onlar çərşənbə axşamı prezident Abdulla Yaminin fövqəladə vəziyyət elan etməsindən sonra heç bir səbəb verilmədən həbs olunub.

Naşid Vaşinqtondan Maldivin hökümət rəsmilərinin aktivlərinin dondurmasını istəyir.

Təhlükəsizlik qüvvələri həmçinin ölkənin sabiq prezidenti Maumun Əbdül Qəyumu həbs edib. O, həbsindən öncə video paylaşaraq, heç bir yanlış hərəkət etmədiyini və nə üçün həbs olunduğunu bilmədiyini deyib.

Prezident Yamin Ali Məhkəmənin həbsdə olan siyasi liderləri azadlığa buraxmağına dair qərarından sonra 15 günlük fövqəladə vəziyyət elan edib.

Yamin adminstrasiyası bazar ertəsi məhkəməni qərarı ləğv etməyə çağırıb.

Ağ Evin Milli Təhlükəsizlik Şurası Maldiv hökümətini qanunun aliliyi, ifadə azadlığı və demokratik təsisatlara hörmət etməyə çağırıb və “dünyanın onları izlədiyini” deyib.

XS
SM
MD
LG