Accessibility links

Mali hökuməti istefa verib


Cümə axşamı Malinin baş naziri Soumeylou Boubeye Maiqa və onun höküməti istefa verib.

Prezident İbrahim Boubakar Keytanın gərargahının verdiyi bəyənatda prezidentin baş nazirin və hökümət üzvlərinin istefasının gəbul etdiyi bildirilib.

Bu addım ölkənin mərkəzi rayonunda baş verən zorakılıqların artmasından, o cümlədən, ötən ay 160 Fulani çobanının qətliamında şübhəli bilinən Doqon ovçularının tərəfindən törədilmiş qırğınlar səbəb olub.

Birləşmiş Millətlər Təşkilatının bildirdiyinə görə, ötən il Fulani ilə Doqon icmaları arasındakı qarşıdurma təxminən 600 qadın, uşaq və kişinin ölümünə səbəb olub.

İki həftə əvvəl paytaxt Bamako şəhərində hökumətin zorakılığın qarşısını ala bilmədiyi üçün kütləvi nümayişlər keçirilib.

2012-ci ildə İslam ekstremistlərinin Bamakoya qısamüddətli hərbi çevriliş ilə ölkənin şimalını ələ keçirməsindən sonra Mali sabitliyi bərpa etmək üçün mübarizə aparır.

Fransa qüvvələri bir neçə ay sonra onların əksəriyyətini əraziləri tərk etməyə məcbur etsə də, bir sıra cihadçı hələ də aktivdir və BMT sülhməramlılarının ərazidə mövcudluğuna baxmayaraq, münaqişə davam edir.

XS
SM
MD
LG